Böyük məktəbin, böyük şagirdi 

QəbələPress.info
title
Xalqın sənətkarı...
Hələ 1976 cı ildə (Qutqaşen) Qəbələ Mədəniyyət şöbəsinin müdiri, Abdullayev Şirin müəllim, Vəndam kənd mədəniyyət evində balaca, arıq, sarışın bir oğlanın ifasında bəhri təhvilə qulaq asandan sonra yanında əyləşənlərə gözaltı baxıb dedi:
--Bilmirəm bu cıxış edən uşaq kimdi, ancaq inanıram ki, böyük sənətkar olacaq...
Səhnədə cıxış edən uşaq indiki Qəbələ Mədəniyyət mərkəzinin quruluşcu rejissoru 60 yaşlı, xalqın sənətkarı Qasımov Müsavər İlyas oğlu idi.
Qasmov Müsavər İlyas oğlu 1960 cı ilin iyun ayının 26-da (kecmiş Qutqaşın rayonu) indiki Qəbələ rayonunun (indiki Vəndan qəsəbəsi) Vəndam kəndində ziyalı ailəsində dünyaya göz acıb.. Ümumiyyətlə Qasimovlar nəsli həmişə Vəndam kəndində tanınmış hörmətli ailələrdən biri olub.. Müsavər uşaq vaxtlarından xüsusi istedadı ilə secilən, şerə, sənətə maraq göstərən olduğuna görə atası İlyas müəllimin və bütün yaxınlarının sevimlisi olub.
El şənliklərində, qohum-əqrəba məclislərində atasının xüsusi şövqlə söz deməsi, şer söyləməsi ona böyük ruh verib.

Qəbələ haqqında anlayışı olan insanlar yaxşı bilir ki, Vəndam (kəndi) qəsəbəsi təhsildə, elmdə, Qəbələdə həmişə birincilər sırasında olub.
Balaca Müsavər də yaxşı oxusa da şerə, sənətə, teatra böyük maraq göstərib.. Elə bu həvəs, istək onu Qutqaşen (Qəbələ) Mədəniyyət şöbəsinə gətirib və tərəddüd etmədən 1978 ci ildə Azərbaycan dövlət İncəsənət instiutuna sənəd verib.
Respublikanın bir cox tanınmış sənətkarları ilə bir yerdə təhsil alan gənc 1982-ci ildə "Teatr kollektivlərinin bədii rəhbəri" ixtisasına yiyələnərək, şəhərdə olunan təkliflərə baxmayaraq, doğma yurduna qayıdır və Qutqaşen (Qəbələ) mədəniyyət şöbəsində, Qutqaşen xalq teatrının rejissoru kimi fəaliyyətə başlayır..

Bir cox tamaşalarda kicik və böyük rolların ifacısı və rejissoru kimi fəaliyyət göstərən M.Qasımov Qəbələ uşaq tetrının yardıcılarından biridir. O, 10-larla tamaşada sevimli "Tülkü lələ" Kecəl və s obrazları ilə uşaqların sevimlisinə cevrilib.
Yaratdığı obrazlarla sevilən secilən sənətkar dəfələrlə nazirlik tərəfindən, Qəbələ rayon icra hakimiyyəti tərəfindən, fəxri fərmanlarla təltif edilib..
Bu gün də Qasımov Müsavər İlyas oğlu Qəbələ Mədəniyyət mərkəzinin quruluşcu rejissoru kimi fəaliyyət göstərir.

Onu da deyək ki, Müsavər müəllim cəkilən teletamaşalrda "Bozbaşpikcersdə" Elşən Salehli ilə birgə Kosa və kecəli,"Qulyabanı filmində , Qaragöz filmində rol aldığı obrazlarla pərəstişkarlarını sevindirib..
P,S. Əzizimiz Müsavər müəllim, bu gün 60 yaşın tamam olur.. Cox istərdik ki, üzdəniraq əməkdar, xalq artistlərindən fərqli olaraq sənə hec olmasa Əməkdar Mədəniyyət işcisi adı versinlər..
Sən bu gün Xalq artisti deyilsən, Əməkdar artist də deyilsən.. Türkiyədə cəmi iki adamın qazandığı bir ad var.. "Dövlət sanatcısı" Bizsə səni daha uca tuturuq.. Sən "xalqın sənətcisi", "xalqın sevimli sənətkarı"san. 60 yaşın mübarək,
Böyük məktəbin, böyük şagirdi və böyük sənətkar... Var ol böyük ustad....

Xəyal Gəncimov
QəbələPress.info-nun
müxbiri

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense