Türkiyədə məscidlər tam açıldı

QəbələPress.info
title

Türkiyədə bütün namazlar məscidlərdə qılınacaq.

 TRT xəbər verir ki, bunu ölkənin Dəyanət İşləri İdarəsinin sədri Əli Ərbaş deyib.

İyunun 24-də 1,5 metr ara məsafə gözlənilməklə səhər namazı məscidlərdə qılınıb.

“Məscidlərimizi cümə, ikindi vaxtları üçün namaza açmışdıq. Sabahdan etibarən məscidlərimiz sübh, günorta və axşam namazlarının qılınması üçün açıq olacaq. Məsciddə namaz qılmağa gələnlər maska taxmalı və ara məsafə saxlamalıdırlar”,- o, iyunun 23-də bildirmişdi.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar martın 16-dan Türkiyədə camaat namazının məscidlərdə qılınmasına müvəqqəti olaraq fasilə verilmişdi./“Report”/

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense