Paşinyan Prezident Əliyevin icra başçısı olsaydı...

QəbələPress.info
title

Dünyanın işinə baxın da...

Ermənistanın baş naziri Nikol Paşinyan heç bir halda-nə təhsili, nə dünyagörüşü, nə idarəçilik bacarığı baxımından və sairə- Azərbaycan prezidenti İlham Əliyevin səviyyəsində ola biləcək adam deyil. Bunu görmək üçün nə aşırı vətənpərvər olmaq, nə erməni baş nazirə nifrət etmək lazım gəlir. Sadəcə, həqiqəti görmək kifayətdir. Paşinyan uzaqbaşı bu ağlı ilə Dağlıq Qarabağın ermənilər kompakt yaşadığı bir rayonunda icra başçısı ola və Azərbaycan prezidenti ilə salamlaşmağı özünə fəxr bilərdi. Təkcə Paşinyan deyil, bundan əvvəlki Xankəndi doğumlu erməni rəhbərlər də Azərbaycan prezidenti ilə bir masada oturmağa layiq deyildilər. Əsas məsələ onların təhsil və ya nəsil-nəcabətinin kimliyi deyil. Söhbət təmsil etdikləri millətdən və dövlətdən gedir ki, o siyasətçilərin “sayəsində” ermənilər dünyada işğalçı, Ermənistan isə terorçu dövlət imici qazanıb. Bunu indi əksər dövlətlər həqiqət kimi qəbul etmir, amma gerçəkliyi gizlətməklə iş bitmir. Güzgü erməni xislətini olduğu kimi göstərir, sadəcə, onu doğru yönəltmək lazımdır.

Bir neçə gün əvvəl Rusiya kanallarının biri o zamankı baş nazir (1992-1998) Viktor Çernomırdinin ömür yolunu vərəqləyəndə onun 1995-ci ildə Budyonovskda  insanları girov götürən səhra komandiri ilə telefonla danışıqlar aparmasını yada saldılar. Yadınızda, zamanında bunu  Çernomırdinə ciddi bir siyasi yanlış kimi yamamaq istəyirdilər. Sözümün canı başqadır. Prezident Əliyevin Ermənistan rəhbəri ilə görüşlərinin,   Çernomırdinin xatırlatdığım missiyası   arasında prinsipial fərq də yoxdur məncə... Özü də son vaxtlar Azərbaycan rəhbəri terrorçu və faşist ifadəsini xüsusilə Paşinyanın iştirak etdiyi bütün tədbirlərdə daima yada salır. Əlbəttə ki, məqsədli olaraq! Doğru olaraq! Paşinyanın (təkcə onunmu?) bu güllə kimi sözlərdən yaralanacağını, bəlkə də ağıllanacağını məqsəd seçərək!

Münhendə İlham Əliyev Paşinyanı faktlarla susdurdu -

MDB dövlət başçıları görüşür- Paşinyan İrəvanda faşist agentinə heykəl qoyulması faktı ilə üzləşir. Münhen Təhlükəsizlik Konfransına  gedir- Xankəndinin necə Stepanekertə çevrilməsi dərsini alır. “Şərq Tərəfdaşlığı” sammitində maskalı ağzını açanda yalanları ortaya tökür, yenə “irqçilikdən siz danışmayın...” cavabı ilə susdurulur.  İlham Əliyev üçün Paşinyan hərtərəfli zəif rəqib, siyasi opponent, sülh danışıqlarında dəngəsiz tərəf müqabilidir. Zənnimcə, hər ikisi də bu gerçəkliyin fərqindədirlər...O səbəbdən Prezident Əliyev Paşinyanı hər dəfə susdurduqdan sonra gülümsəyir...Paşinyanın isə bu təmaslardan aşkar narahat olduğunu sezməmək mümkün deyil. Çünki zəif olduğunu anlayır, yalanları tez üzünə vurulur və o da sonda ancaq vurnuxur, qıvrılır...    

Paşinyanın fiaskosu, İlham Əliyevin növbəti zəfəri – TƏHLİL ...

Paşinyanın dünən axşam “Şərq Tərəfdaşlığı” sammitində yenidən danışması və Prezident Əliyevin ona “yerinə göstərməsi” yuxarıda qeyd etdiyim səviyyə fərqini bir daha ortaya qoydu. Paşinyan və ondan əvvəlki “yan”lar başıpozuq terrorçu dəstələrdən fərqlənmirlər. Keçmiş prezident Robert Köçəryan da, Serj Sərkisyan da Avropanın ən yüksək tribunasından Qarabağda qanımızı tökdüklərini etiraf ediblər. Terrorçunun üç qulağı olmur ki...

Prezident İlham Əliyev - Nikol Paşinyan görüşü 15.02.2020 Almaniya ...


Paşinyan demokrat cildinə girməsinə baxmayaraq, kirli saqqalı ilə elə o vaxt Ermənistandan Qarabağa gətirilən “saqqallılar”adlanan muzdlu döyüşçülərin tipik nümayəndəsidir.

Amma nə edəsən ki, biz bu erməni siyasi dəllaları ilə illərdir nəticə verməyən danışıqlar masasında oturmaq zorundayıq. Bu səbəbdən də onların sərsəm iddialarını, arqumentsiz sözlərini eşitmək, onların yalanlarına cavab vermək lazım gəlir. Bu iş isə istinasız Prezident Əliyevin üzərinə düşür.

Bakının islahatları Ermənistanda təlaş doğurdu - şok səbəb

Biz burada erməni yalanlarından yüz yazı yazaq, milli akademiyada elmi iş müdafiə edək, onun effekti az olacaq. Amma erməni nazirin yalanını bir beynəlxalq tədbirdə üzünə vuranda onun effekti tam fərqli olur. Dünənki videokonfrans da bu səbəbdən yaddaqalan oldu.

Yeri gəlmişkən, Ermənistandakı siyasi etirazlar Paşinyanın başında çatlayacaq istiqamətdə inkişaf edir. Paşinyanın demokrtat olduğunu deyən Qərbi də şiddətlə qınamaq, ikiüzlü siyasətini pisləmək lazımdır. Yalançı, şərçi də demokrat olar? Yalançı və şərçinin heç adamlıqda yeri yoxdur, gəl ki, demokrat ola...
 
Nazim SABİROĞLU,
Musavat.com

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense