Ancaq qoruyucu maska taxıb, sosial məsafəni gözləməklə koronadan qorunmaq olmur - Türk alim nələrə diqqət çəkib? 

QəbələPress.info
title
İnsanın yoluxması üçün virusu daşıyan təxminən 1000 ədəd zərrəciyin orqanizmə nüfuz etməsi gərəkdir
Nəfəs alıb verərkən insan dəqiqədə 20-dən artıq virus zərrəciyi uda bilər
Danışıq zamanı isə 200-dən artıq viruslu zərrəcik nəfəs vasitədilə orqanizmə düşə bilər. Öskürək və asqırma zamanı isə 200 milyon zərrəcik!
 

  Koronavirusa yoluxma necə, hansı hallarda, hansı məkanlarda daha çox baş verir? Yoluxucu xəstəliklər üzrə türk alim Elif Hakko ABŞ-ın Xəstəliyə Nəzarət Mərkəzinin virusla bağlı, xüsusilə də COVİD-19-a yoluxma risqinin hansı hallarda artdığına dair açıqlamalarına diqqət çəkib.

Bu günlər bir sıra ölkələrdə yoluxma sayının təkrar yüksəlməsi yaşanır. Bu isə əsasən koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq edilən karantin qaydalarının yumşaldılmasından sonra baş verir.  Bunu nəzərə alaraq alimlər koronavirusa yoluxma sayını hansı amillərin artırdığına dair araşdırma aparıb.  Və bu qənaətə gəlinib ki, koronavirusla mübarizə təkcə qoruyucu maska taxıb, sosial məsafə gözləməklə məhdudlaşmamalıdır. Bunlar vacibdir, amma digər heç də az vacib olmayan daha bir neçə şərt vardır. Öncə “səthlərdən yoluxma risqi nə dərəcədədir?” sualına cavab axtarılıb və məlum olub ki, səthlərə təmasdan yoluxma faizi çox kiçikdir, amma yox deyil. Əgər insan koronavirus zərrəcikləri olan hər hansı səthə toxunub, sonra əlini üzünə, gözünə sürtürsə və ya əlini ağzına aparırsa yoluxma təhlükəsi var. Amma bu, virusa yoluxmaq üüçün başlıca səbəb deyil.  Gözlənildiyi kimi, açıq havada yoluxma risqi çox aşağı hesablanır. Tam tərsi – qapalı məkanlarda; ofislər, dini ibadət yerləri, kinoteatr və teatr salonlarında insanların bir araya gəlməsi yoluxma risqini qat-qat artırır. 
 
İnsanın koronavirusa yoluxması üçün virusu daşıyan təxminən 1000 ədəd zərrəciyin orqanizmə nüfuz etməsi gərəkdir.  Bu mənada nəfəs alıb verərkən insan dəqiqədə 20-dən artıq virus zərrəcəyi uda bilər. Danışıq zamanı isə 200-dən artıq viruslu zərrəcik nəfəs vasitədilə orqanizmə düşə bilər. Öskürək və asqırma zamanı isə 200 milyon zərrəcik! Havalandırma sistemi düzgün olmayan məkanlarda viruslu zərrəciklər insanı yoluxdura biləcək qədər – saatlarla havada qalır.  Virus daşıyıcısı ilə ara məsafəniz 2 metrə qədərdirsə  45 dəqiqədən bir qədər az sığortanız var, demək.  Əgər bir-birinizlə maska taxaraq danışırsınızsa, yokuxma risqi bir az da azalır. Yanınızdan cəld, qaçaraq keçən adamdan isə sizə virusun yoluxması təhlükəsi demək olar, yoxdur. Ara məsafənin qorunduğu yaxşı, normal havalandırna sistemi olan məkanlarda yoluxma risqi aşağıdır. Marketlərdə alış-veriş etmək orta təhlükə daşıyır. Açıq hamamlar, sauna tipli məkanlarda yoluxma risqi böyükdür və əşyalardan da yoluxma baş verə bilir. Qapalı restoran, kafe, yemıkxanalarda yoluxma risqi böyükdür. Açıq havada, əşyalara toxunulmasa, risq aşağıdır. Bəlli olduğu kimi, məktəblər, tədris müəssisələri, toy, nişan, yas mərasimi  kimi tədbirlərdə, iş toplantıları, konfranslarda, idman salonlarında yoluxma risqi çox böyükdür.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense