Təcili yardım çağırışlara niyə gecikir?.. 

QəbələPress.info
title

Son günlər təcili tibbi yardım çağırışları edən əksər insanlar tibb işçilərinin çağırışlara gecikməsindən gileylənir, hətta bəzən günlərlə cavab ala bilmədiklərini də bildirirlər.

Bir neçə gün pncə atası vəfat edən jurnalist Seymur Kazımov da “Facebook” hesabında açıq şəkildə yazdığı məktubda bu problemə toxunub və paylaşım geniş müzakirələrə səbəb olub. Jurnalist xəstəxanalarda yer olmamasından və bu səbəbdən atasının xəstəxanaya yerləşdirilməsinin gecikməsindən də narazılığını dilə gətirib.

Bu cür riskli bir dönəmdə təcili yardım xidmətinin müraciətlərə gecikməsinə səbəb nədir? Doğrudanmı xəstəxanalar artıq yeni xəstə götürmək gücündə deyil?

Məsələ ilə bağlı modern.az-a danışan TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva təcili yardım maşınlarının çağırışlara gecikməsini müraciətlərin çoxluğu ilə əlaqələndirib:


“Təcili yardımda çağırışlara gecikmələrlə bağlı bildirə bilərik ki, sərt karantin günlərində “COVID-19”la bağlı və digər xsətəliklərə görə çağırışların sayı çox olur. Bu səbəbdən gecikmə halları yaşanır. Lakin hər bir çağırış icra edilir”.

TƏBİB nümayəndəsi xəstəxanalarda boş yerlərin olmaması məsələsinə də toxunub:

“Koronaviruslu xəstələr üçün xəstəxanalarda ayrılmış yerlər bitməyib. Hazırda modul tipli xəstəxana da fəaliyyətə başlayıb və yer qıtlığı yoxdur”.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense