“WhatsApp”da yeni maraqlı funksiya işə salınır

QəbələPress.info
title

“Facebook” şirkəti “WhatsApp” mesajlaşma tətbiqi platformasında elektron ödəmə xidmətinin tətbiqinə başlayıb.  

QəbələPress.info xəbər verir ki, bu barədə Mark Çukerberq bildirib. 

O, qeyd edib ki, proqramın yeni imkanlarını ilk olaraq Braziliyadan olan istifadəçilər qiymətləndirəcəklər.

"Bu gün biz Braziliyada “WhatsApp” istifadəçiləri üçün ödənişlərin işə salınmasına başlayırıq. Göndərilmə və pulun alınması footların mübadiləsi kimi sadə olacaq. Biz həmçinin kiçik biznesə birbaşa “WhatsApp”da satışları həyata keçirməyə icazə verəcəyik", - o, özünün “Facebook”dakı səhifəsində yazıb.

Yeni funksiyanın reallaşdırması ötən ilin noyabrında elan edilmiş “Facebook Pay” onlayn ödənişləri sistemi əsasında həyata keçiriləcək. 

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense