QəbələTKQ-nin bumeranqı 

QəbələPress.info
title

Aztelekomun fəaliyyətindən az adam tapılar ki, razı qalsın. İşimlə əlaqədar tez-tez başqa rayonlarda olub sakinlərlə bu mövzuda  etdiyim söhbətlər, eləcə də sosial şəbəkələrdə internetin zəifliyi barədə şikayətlərin çoxluğu  bölgələrdə də  Aztelekomun fəaliyyətinin bərbad halda olmasından xəbər verir.

Bəs səbəb nədir?.. Gün-gündən inkişaf etdiyimiz halda, yeni-yeni aparatların alındığı, texniki təhcizata milyonlarla pul ayrıldığı halda xalqın rifah halının yaxşılaşdırılmasına yönələn ölkə rəhbərinin əmr və sərəncamlarının, yeni qanunların təsdiq edildiyi bir vaxtda bölgələrdə bu qurum niyə işləmir.

Bir neçə il qabaq Qəbələdə internetin verilməsi yaxşı olmasa da, qənaətbəxş idi. Necə deyərlər, "çulunu sudan çıxarırdı..."

Bu qurumun əvvəlki rəhbərinin işdən çıxarılması (Red: onun işdən çıxarılması haqqında danışmaq fikrimiz yoxdur, yəni  buna əsaslı səbəb olduğuna şübhə etmirik) təzə rəhbərin gəlişindən sonra bu qurum elə bil "yenidən quruldu"  elə formalaşdı ki, dedilər "Bağdadda kor xəlifə, burada da biz..."  Geniş kabinet, bahalı dəri  üzlüklü kreslo, qapıda çiyinlərində bir neçə gözqamaşdırıcı ulduz gəzdirən "oxrana" filan... Bunlar fikirləşdilər ki, hamının bunlara borcu var..."  Borc demişkən...

İnternet pulunu və ya telefon pulunu bir saat gecikdirsən bu qurum o saat fəaliyyətə keçir. Telefon zəngləri, internetin kəsiləcəyi barədə hədələr başlayır.  TKQ deyiley, elə  bil ki, KKB-dir. Zədə almış sahənin kabelin yenilənməsi, təzə nömrə verilməsi...və s... hamısı əbunəçinin cibinə baxırsa bəs bizim verdiyimiz və başqa  pullar hara gedir.

Mənim indiki  müdürlə tanışlığım yoxdur, ədavətim də ola bilməz. Sadəcə olaraq o, bu vəzifəyə keçəndən sonra internetin zəifləməsi, işçilərinin "qoçaqlığı" daha da biruzə verməyə başladı.  İnternetin zəifliyi barədə yerli  "ATS"-lərə müraciət edəndə ya səni elə borclu çıxaracaqlar ki, gəlməyinə peşiman olacaqsan,  ya da hər yerdə zəifdir  neyniyək? "-deyib yola verəcəklər. Ya da get kimə deyirsən şikayət elə deyib, müdirin "5" lərdən ibarət "zerkalni" telefon nömrəsini verəcəklər ki, ona müraciət elə... Bilmirsən bu adam onların müdiridir, yoxsa "krışası..."

Mənə elə gəlir ki, bu sahə də rayonumuzda "məni yoxlayın" deyib haray çəkən sahələrdəndir. MÜdir haqqında da uzun-uzadı yazıb oxucuların onsuz da bildikləri şeyləri təkrarlamaqla vaxtların almaq istəmirəm, sadəcə onun yerində olmaması  fikri iləyazının sonuna keçmək istəyirəm. Bu adamın işini bilməməsi, ya da ki, kimə isə arxanması qənaəti ilə Aztelekoma rəsmi şikayət ərizəsi ilə müraciət etmək üçün o biri vərəqi çevirirəm . Və bilirəm ki, yenə də heç kim bir daşı obirisinin üstünə qoymayacaq... Çünki  dəfələrlə bu barədə Aztelekoma müraciət olunmasına baxmayaraq bir nəticə olmayıb.Aztelekom  bu müraciətləri göndəriblər həmin müdir həzrətlərinin üstünə ki, al özün barədə ölçü götür... Yazıq bumeranq havada qalıb...

Bir neçə ildir ki, belədir...  Aztelekomdan atılan bumeranq Qəbələ TKQ-nin rəhbərliyi tərəfindən özünə qayıdır ki, bəs hər şey əladır, ölçü götürüldü...

 Biz də ki, son zamanlar balaca ağaclara kölgə salan "mənəm-mənəm deyən ağacların kökündən baltalandığının şahidi oluruq, necə deyərlər,- görə-görə gəlirik... Əlində mişar dayıların gəlişini gözləyə-gözləyə səbr edirik...

Ortada bumeranq əziyyət çəkir, belə də davam edir... Bumeranq uçuşda, biz də internetsiz...

                                                                                                                                        Valeh Əziz

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense