Polis tərəfindən saxlanılarkən özünə xəsarət yetirən Xaçmaz sakini xəstəxanada öldü

QəbələPress.info
title

“Mayın 27-də Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Mirəli Aydəmirovdan narkotik maddə olan heroin və metamfetamin götürülüb”.

QəbələPress.info-nun məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Report-a açıqlamasında bildirib ki, saxlanılan şəxs polisdən yayınmaq məqsədilə özünü yerə çırpıb, baş və bədənini yerə vurub. DİN rəsmisi qeyd edib ki, nəticədə M.Aydəmirov müxtəlif bədən xəsarətləri alıb. E.Zahidov deyib ki, o, dərhal polis əməkdaşları tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb:
“Həkimlərin səyinə baxmayaraq, Mirəli Aydəmirovun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib. Hazırda faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır”.  

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense