Uşaqlara çiyələk yemək olmaz?

QəbələPress.info
title

Hazırda çiyələk mövsümüdür. Çiyələk hər kəsin, ən çox da uşaqların sevimlisidir. Adətən çiyələk allergik məhsul kimi təqdim edilir və bu səbəbdən uşaqlara verilməsinə ehtiyatla yanaşılır. Ən çox da allergiyaya meylli uşaqlara çiyələk tövsiyə olunmur.
QəbələPress.info
e-tibb.az-a istinadən xəbər verir ki, həkim-pediatr Aytən İsmayılzadə valideynlərə Körpələrə çiyələk verməyin. Söhbət bazarda-dukanda satılandan gedir”, deyə çağırış edib: “Öz bağınızda varsa nə gözəl... Satılanlar dərmanlıdır, unutmayın, faydasından çox zərəri var. Bəli, çiyələk C vitamini ilə zəngindir, amma həm də potensial allergendir. Bir yaşa kimi qəti olmaz. Uşağın bir yaşı olunca da bir boşqab yedirtmək olmaz. Bəzən bir dənəsinin allergiya vermədiyini görəndə bir boşqab yedirirsiz. Unutmayın ki, bununla bir boşqab da dərman yedirirsiz. Həm də qida dözümsüzlüyü bu zaman baş verir. Bağırsaqda, mədədə reaksiya, öskurəyin tətiklənməsi, dəri problemlərinin alovlanması və s. yaranır. Nəticədə isə C vitaminin möhkəmləndirdiyi immunitet başqa səbəbdən zəifləyir.

Hamilə xanimlar (son üç ayda), süd verən analar da diqqətli olmalıdır. Körpə orqanizmi həm də böyrək yüklənməsindən zərər görə bilər”.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense