Getsin gedə bilirsə...-POEZİYA 

QəbələPress.info
title                         Gülxar Vəfalı

Getsin gedə bilirsə.

Mən gedəni saxlamaram,
Getsin, gedə bilirsə!
Arxasıyca ağlamaram,
Getsin, gedə bilirsə!

Tutmaram hec vaxt qolunu,
Özü bilsin sağ solunu.
Kəsməmişəm ki, yolunu,
Getsin, gedə bilirsə!

Yaxşı bilir incitməyi.
Düşünürmüş tərk etməyi.
Asan sayırmış getməyi,
Getsin, gedə bilirsə!

Mən nə altun, nə də zərəm,
Sevəni canla sevərəm.
Gedənə get, deyərəm,
Getsin, gedə bilirsə!

Bu acıya dözə bilməz
Zər qədrini gədə bilməz 
Məni atıb gedə bilməz,
Getsin, gedə bilirsə!

Şans dilərəm ona bol-bol.
O qapımız, o da ki, yol...
Söylədim axı yaxşı yol
Getsin, gedə bilirsə!

Halala qatıbsa haram,
Zor ilə yoxdur hec aram.
Mən də vəfalı Gülxaram,
Getsin, gedə bilirsə!

                                                    

                        Deyin getsin...

Məni atıb, cıxıb getmək istəyirmiş,
Etirazım yoxdu qəti, deyin getsin!
Qəlb evimi yıxıb getmək istəyirmiş,
Söyləyin asta getməsin, yeyin getsin,
                                         deyin getsin !
Düşünməsin, qırılaram, dağılaram.
Bu dünyaya gəlmişəmsə mən də varam.
Bulandırdı məni bir az, durularam.
Ürək susub, qərar verib, beyin, getsin,
                                          deyin getsin!

Deyib:--"onsuz səbəb yoxdu sevinməyə".
Dəbdəbəli paltarım yox öyünməyə..
Utanırmış mən alanı geyinməyə,
Onu ürəklə almışam, geyin getsin,
                                     deyin getsin!

Vəfalıyam, bu sevgidə ürək qoydum.
Onun ücün dağ ucurdum, qaya oydum.
Qədirsizə dəyər verib, cana doydum.
Cıxıb gedir? --ehsan verrəm, yeyin" getsin,
                                deyin getsin,
                                deyin getsin!



                       Deyiləm...

Dostuna xəyanət edən,
Mən xəyanətkar deyiləm...
Hər bir işdə inad edən,
Bil, mən inadkar deyiləm.!

Sən kimə yaxşılıq etdin?
Pis gəlmişdin, pis də getdin.
Sən həmişə pislik etdin,
Mən pisə həmkar deyiləm..

Sən özün-özünü qırdın,
Gözəl toy məclisi qurdun.
Səbəbkarla badə vurdun,
Mən ki, səbəbkar deyiləm.

Məni yıxmağa calışma,
Hər qığılcıma alışma.
Belə yüksəkdən danışma,
Eşidirəm, kar deyiləm..

Məcnun kimi, görünsən də,
Eşq oduna bürünsən də,
Arxam ilə sürünsən də,
Mən ki, sənə yar deyiləm.

Ay əynində cırıq cuxa,
Sanma qəlbim yenə yuxa..
Cətin eşqin məni yıxa,
Mən həmin Gülxar deyiləm!


                   Yarın baxışı..

Bir güləm, ətrimi hər kecən duymaz,
Yar duyar, hamıdan tez dərər məni.
Ürəyin hər xumar baxışa uymaz,
Uyarsa gözləyər, gör nələr məni....

Bu yar baxışıdı, demə boş kecər,
Ürəyimin ortasından tuş kecər.
Umaram onunla ömrüm xoş kecər.
Gözləməz, bir ziyan, bir zərər məni...

Amma yaman höcətdi bu baxışlar,
Hərdən taleyimə cilər yağışlar.
Bəzən bu dünyanı mənə bağışlar,
Bəzən yola verər birtəhər məni..

Əsər başım üstdən dəli yel kimi,
Dağıdar aləmi coşan sel kimi,
İnşallah sovuşar hicranın qəmi.
Gəlib vüsalıma yetirər məni..

Əyməmişəm mən hec zaman qəddimi,
Gözləmişəm hər məkanda səddimi.
Bu baxışlar yaman aşıb həddini,
Sıldırım yollarla ötürər məni..

Yalan nədir, böhtan nədir bilmərəm,
Haqdan yanan bir ocağam sönmərəm.
Doğrasalar öz yolumdan dönmərəm,
Yarın bir baxışı döndərər məni...


                    İndi bəyənmirsən məni..

Bir vaxt məni cox sevərdin,
İndi bəyənmirsən məni.
Dərdimdən belə ölərdin,
Nə tez unutdun o günləri
İndi bəyənmirəsən məni..

Həsrətimə dözənməzdin,
Tək, bir addım gəzənməzdin.
Sənincün nələrə dözdüm,
Gözlərimə yığdın nəmi,
İndi bəyənmirsən məni..

Sübh tezdən qapıma gəldin,
"Sənisiz həyat hecdi";- dedin.
Ürəyimi sənə verdim,
Güldürdün mənə aləmi,
İndi bəyənmirsən məni.

Taparaq bir ədalını,
Tərk elədin Vəfalını,
Yudun özgə babalını,
Cİynimə yükləyib qəmi,
İndi bəyənmirsən məni..


                     Sevgi.

Yandırar insanın  cismin, ciyərin,
Coşdurar bulağı, lal cayı sevgi.
Gələndə biləsən, gərək dəyərin,
Allahın bəndəyə bir payı sevgi..

Gətirər özüylə yazı, baharı,
Var qızmar günəşi, şaxtası, qarı.
Qış günündə könül dərsə nübarı,
Yaşadar insana bir yayı sevgi..

Ruhum pərvazlanıb ucar göylərə,
Dəyişər gözündə o dağ, o dərə.
İnsanı qaldırar ənginliklərə..
Göstərər günəşi, lap ayı sevgi...

Daşı mum eyləyər, əridər dağı.
Alışdırar könüllərdə cırağı.
Ürəklərin cağrılmayan qonağı,
Cənnətin oxşarı, bir tayı sevgi..

Nə əl tuta bilər, nə də göz görər.
İnsanı özündən alar, götürər.
Düz yol göz önündə ay bu nə hünər.
Gəzdirər insanı dolayı sevgi..

Fərq qoymaz qocaya, nə də cavana.
Gəlirsənsə sevməyə gəl, cahana..
Gözəl duyğular yaşadar insana..
Ruhuna cəkdirər halayı sevgi.

Şah olsan, sarayın onsuz hec nədi..
O var da dövlət də bir əfsanədi.
Gülxarın ürəyi bir kaşanədi,
Onuncün ucaldıb sarayı sevgi...



                      Ağladar səni..

Məndən ayrı yaşamağa calışma,
Məndən ayrı günlər, ağladar səni..
Cəhd eyləyib mənsizliyə alışma,
Xatirələr inlər, ağladar səni..

Yağış yağar tutan olmaz cətrini,
Alanmazsan bir cicəkdən ətrimi.
Əziz tutar xatirimi xətrimi.
Qoxladığım güllər ağladar səni..

Mənsizliyi dərk eyləyərsən həmən,
Ciyərinə cəkdiyin nəfəsəm mən.
Üzünə də baxmaz mənsiz cöl, cəmən.
Gəzdiyimiz cöllər ağladar səni..

Naz ilə yanından kecəndə qızlar,
Məni xatırlayıb ürəyin sızlar,
Cüt enəndə gölə durnalar, qazlar,
Məni sorar göllər, ağladar səni..

Gəl mənsiz tamaşa etmə yağışa,
Nə dediyin hardan düşərsən başa.?
Hiddətlənər salar səni təlaşa,
Coşub daşar sellər, ağladar səni..

Biz səninlə dayananda göz-gözə,
Lalələr nərgizlər cıxmışdı düzə.
Nəğmə dedi sevdalı dillər bizə,
O nəğməli dillər ağladar səni..

Hər cəməndə saclarıma taxdın gül,
Buna tamaşa eylədi cəmən-cöl.
Məni sənlə gördü bütün oba-el,
Məni sorar ellər, ağladar səni..

Yenəmi-yenəmi eşqimlə yandın,
Sən Gülxarsız yaşamağı nə sandın.
Tək yaşaram deyə hey lovğalandın,
Demədin bəs illər ağladar səni..

                Demə...

Hər acıya zəhər, şirinə şəkər,
Hər üzü göycəyə gözəldi demə!..
Beldə yəhər görüb, ulağa kəhər,
Ağacda yarpağa xəzəldi demə.!

Cırmalanma uzaqdan cay görəndə,
Aldanma yaltaqlar üzə güləndə,
Birisi yalandan vədə verəndə,
İşlərim sahmanda, düzəldi demə.!.

Arif gərək işarədən söz duya.
Şimşək səsi demə hər gurultuya.
Hər uzaqdan gördüyün qaraltıya,
Harayıma catdı, dost gəldi demə.!.

"Can" dedikləri canını yaxdılar.
Dara düşdü hey kənardan baxdılar.
Üzünə güldülər, evin yıxdılar.
Gülxarın ölümü əcəldi demə.!


                        Yoxdu..

Hər cəfaya dözürəm, mən eşqimin yolunda,
Halımı bir soranım, duyub bilənim yoxdu.
Qara sacım ağarıb bir vəfasız əlində,
Pərişan saclarımı, yığıb hörənim yoxdu..

Get gülüm, get, arama, gətirdin cana məni,
Göndərmə hec bir zaman dağa, arana məni..
Yaman aşiq olmuşam, oda salana məni,
Alovlanıb yanıram, külü görənim yoxdur.

Başımı yaman cırpdım, həsrət, hicran daşına.
Meyl etdim ağlamağa, güc verdim göz yaşına.
Eşqin oyunlar acdı bu bəlalı başıma,
Gedənim cıxb gedib, dönüb gələnim yoxdu..

Gülxar tək yara deyil, dosta da vəfalıdır,
Hec zaman yalan deməz, hər vaxt etibarlıdır.
Ürəyim qəm icində, könlüm dərd qubarlıdr.
Hamısı üzə gülən, candan gülənim yoxdur..


                     Niyə döndün..

Dedin;-getsəm gəlməyəcəm.
Gün batmamış niyə döndün.?
Ölsəm, geri dönməyəcəm.
El yatmamış, niyə döndün.?

Dedin;-mən cox sərt biriyəm,
Ağlamıram ki, kiriyəm.
Mum deyiləm ki, əriyəm,
Ay catlamış niyə döndün.?

Dinləmərəm yoldaşları,
Dağıdaram dağ daşları,
Yaddır mənə göz yaşları,
Ay ağlamış niyə döndün.?

Dedin ki, mən bir günəşəm,
Günəşdən də coxdu nəşəm.
Odam, alovam, atəşəm,
Yağdı yağış, niyə döndün..?

Gülxara sevmirəm dedin,
Dedimsə edirəm, dedin.
Hökmlə gedirəm dedin,
Bəs ay ölmüş niyə döndün..


                        Xəyal.

Bir gün köc edəndə mən bu dünyadan,
Kimsənin ürəyi göynəyəcəkmi?
Oyanıb sübh  tezdən şirin yuxudan,
Yar məni ziyarət eyləyəcəkmi?

Uzun gecələri yuxusuz qalıb,
Qalan əşyalardan ətrimi alıb.
Getdiyim yollarda xəyala dalıb,
O qara gözləri yol cəkəcəkmi..?

Yadına salarmı bayramqabağı? ,
Ziyarət edərmi hər axşamcağı?
Gözünün yaşıyla yuyub torpağı,
Məzarım üstünə gül əkəcəkmi..?

Yoxsa unudacaq məni büsbütün?,
Siləcək yaddaşdan Vəfalı gülün?,
Mən soyuq məzara tapşırılan gün,
Yerimə bir xanım gətirəcəkmi?


                            Sənin olaram..

Sən məni hec incətməsən,
Həmişə sənin olaram.
Atıb məni tərk etməsən,
Mən də səninlə qalaram,
Həmişə sənin olaram..

Təqib etsən izlərimi,
Ağlatamsan gözlərimi.
Şirin etsən sözlərini,
İncumərəm, qırılmaram,
Həmişə sənin olaram..

Başımdan qovasan qəmi,
Gözümdən siləsən nəmi.
Həmişə sevəsən məni,
Bu dünyadan zövq alaram,
Həmişə sənin  olaram..

Bəzən üzüb bilərəkdən,
Bir dadıb sudan cörəkdən.
Sevərək səni ürəkdən,
Ölənəcən sənə yaram,
Həmişə sənin olaram..

Gizlətmədin diləyimi,
Verdin mənə ürəyini,
Mən həll edib gərəyini,
Onu köksümdə saxlaram,
Həmişə sənin olaram.

Mən nə xanam nə də bəyəm.
Söz söyləmə qəlbə dəyən.
İnan ki, sənsiz hec nəyəm.
Yalnız səninlə mən varam,
Həmişə sənin olaram..

Həmişə məni sınadın,
Tapmadın bir səhv aradın.
Hec zaman bir səhv tapmadın,
Bil mən Vəfalı Gülxaram,
Həmişə sənin olaram..



                 Hec vaxt.

Gündə yüz yol mən gedirəm desəm də.
Sən mənsiz yaşaya bilməzsən hec vaxt.
Məni atıb tərk eləyib getsən də.
Sən mənsiz yaşaya bilməzsən hec vaxt..

Mənimlə bağlıdır ötən hər anın..
Mənimlə kecibdi gözəl dövranın.
Mənsiz yaşamağa yoxdu amanın,
Sən mənsiz yaşaya bilməzsən hec vaxt..

Gecə gündüz gözümü xatırlarsan.
Gülüşüm yadına düşər, ağlarsan.
Mən olmasam kimə könül bağlarsan.
Sən mənsiz yaşaya bilməzsən hec vaxt!

Xəzan küləyiylə hey yarışarsan,
Bir damla tək dəryaya qarışarsan.
Mənsiz kiminlə küsüb barışarsan,
Sən mənsiz yaşaya bilməzsən hec vaxt..

Bir demişəm  dönüm deyim bir daha.
Bu ayrılıq sənə gələr cox baha,
Mən Gülxaram and icərəm allaha..
Sən mənsiz yaşaya bilməzsən hec vaxt!...

Çapa hazırladı:
Xəyal Gəncimov
QəbələPress.info-nun əməkdaşı

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense