“BAZAR VƏ YEMƏKXANA MƏDƏNİYYƏTİ…”-Fazil Mustafa Əbülfəs Qarayevi “topa” tutdu…

QəbələPress.info
title

Yaşadığım Zabrat qəsəbəsində Sovet dövründə, bəlkə də ondan əvvəl tikilmiş əzəmətli bir Mədəniyyət Evi var.

İllərdir bu köhnə, içərisi uçulub tökülmüş, pəncərələri dağılmış Mədəniyyət Evinin arxa bağçasında çürümüş taxtaların üzərinə bərkidilmiş brezent örtüklərlə piştaxtalarının üstü qapadılmış kiçik bir kənd təsərrüfatı məhsullarının satış bazarı var, yandan sağ tərəfində isə binanın həyətinə girmiş ucuz yeməklərin və ayaqüstü spirtli içkilərin məkanı kimi tanınan kiçik bir yeməkxana yerləşir.

Hər dəfə buradan keçərkən ürək ağrısı ilə düşünürəm ki, bu cür böyük bir qəsəbədə necə ola bilər ki, belə bir Mədəniyyət Evi illərdir təmirsiz və istifadəsiz qalsın. Həmin Mədəniyyət Evindən yüz metr aşağıda isə ikimərtəbəli köhnə, hər an uçmaq ehtimallı qəzalı vəziyyətdə olan binada musiqi məktəbi yerləşir.
Məktəbə daxil olanda beynindən ancaq “Kəlmeyi-şəhadəti”ni oxuyub, sağ-salamat bu binadan dərhal aralanmaq istəyi keçir. Sonradan anlaşıldı ki, bu musiqi məktəbinin də əlacını tapıblar, tam heyəti ilə 15 kilometr uzaqda Maştağadakı Mədəniyyət Evinə köçürməyi planlaşdırıblar, lakin məktəbin müəllimlərinin və valideynlərinin etirazından sonra müvəqqəti olaraq məktəbi yerində saxlayıblar. Adı çəkilən musiqi məktəbindən iki yüz metr aşağıda da bir kitabxana yerləşir. Ölkənin əksər kitabxanalarını gəzmiş, burada çalışan dəyərli peşə adamları ilə söhbətləşmiş bir kitab həvəskarı olaraq bəlkə də bu yüz ilin ixtiyarlamış binasına daxil olarkən gözlərimə inana bilməmişdim ki, bu cür kitabxana saxlamaq necə mümkündür?
Döşəmənin taxtaları qopmuş, kitablar zala dolmuş çirkab suyunun içində, zavallı kitabxanaçılar da soyuq otaqda çiynlərinə paltolarını salıb ümidsiz vəziyyətdə iş vaxtının bitməsini gözləyirdilər. Ötən həftə bu barədə Milli Məclisdə ayrıca bir çıxış etmişdim, yüzlərlə kitabı ingiliscədən dilimizə tərcümə etmiş bir tərcüməçinin ağır yaşam durumu ilə maraqlanmayan mədəniyyət nazirini ittiham edərək, yuxarıda sadaladığım həmin konkret məsələləri ictimailəşdirməyə çalışmışdım. Və söyləmişdim ki, əsasən yoxsul ailələrin məskunlaşdığı Balaxanı, Zabrat, Məhəmmədi, Savalan kimi qəsəbələrdə bir müasir musiqi məktəbin olmaya, o balaca uşaqları valideynləri ilə birlikdə iki marşurut avtobusu dəyişmək zorunda buraxaraq Maştağaya göndərəsən, bu anlayışla idarə olunan dövlət orqanının adı hər nə olsa da, Mədəniyyət Nazirliyi ola bilməz.

Ölkədə əksər kitabxanalar, musiqi məktəbləri, mədəniyyət abidələrinin bir çoxu bu cür baxımsız vəziyyətdədir, bu cür anlayışsızlığın qurbanıdır. Bu gün bir daha həmin qocaman Mədəniyyət Evinin qarşısında durub düşünərkən maraqlı bir müqayisəni tutdum. Həmin xaraba qalmış Mədəniyyət Evi əslində Azərbaycan Mədəniyyət Nazirliyinin prototipidir sanki… Xaraba qalmış, kiflənmiş, çardağı çökmüş, pəncərələrində şüşə qalmamış, bir tərəfi dəxli olan-olmayan, hər kəsin mal satdığı, mal aldığı bazar, digər tərəfi isə büdcə vəsaitinin talandığı yeməkxana. Əslində illərdir Azərbaycan mədəniyyət nazirliyi alış-veriş bazarı ilə büdcə vəsaitlərinin mədəyə ötürüldüyü yeməkxananın simvolik sintezindən ibarətdir.

Bilindiyi kimi, son vaxtlar ölkə prezidentinin korrupsiyaya qarşı açdığı savaşın ilk artileriya zərbəsi məlum icra başçılarına dəydi. Cəmiyyətdə talançılıqları ilə ad çıxarmış icra başçılarının bir-birinin ardınca “iş” başında yaxalanması insanlarımızda dövlətin dəyənəyinin bundan sonra fərq qoymadan bütün hədəflərə dəyəcəyinə ümid yaratdı. Hətta ölkə prezidenti söyləyəndə ki, bu yalnız icra başçılarının törətdiyi əməllər deyil, həm də mərkəzi orqanlarda, nazirliklərdə bu cür özbaşınalıq, rüşvətxorluq hökm sürür, onlara da layiqli cəzaları veriləcək, çoxunun ağlı, gümanı yeyintiyə daha yatqın nazirliklərin üzərinə yönəldi. Dövlət Təhlükəsizlik Xidmətinin torbasından isə ilk olaraq məhz Mədəniyyət Nazirliyi, onun vəzifəli şəxsləri çıxdı.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense