İsmayıllı rayonunda qətl törədən şəxs tutulub. 

QəbələPress.info
title

İsmayıllı rayonunda qətl törədən şəxs tutulub.
QəbələPress.info apa-ya istinadən xəbər verir ki, rayonun Mişgəmirli kənd sakini, 1973-cü il təvəllüdlü Soltanov Ağasəf Murtuz oğlunun İsmayıllı şəhər sakini, 2000-ci il təvəllüdlü Əzimov Şirxan Nazim oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirildiyi məlum olub. 

Onun öz maşınında öldürüldüyü deyilir.

İsmayıllı rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirxan Əzimov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense