TƏBRİK: Rahib Qərib — 53

QəbələPress.info
title

Hərbi telejurnalist , ehtiyatda olan mayor Qəribov Rahib Mirzəkərim oğlunun (Rahib Qərib) ad günüdür.

3 may 1967-ci ildə Yardımlı rayonunun Dağüzü kəndində anadan olub. M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Yardımlı rayonunun «Zirvə» qəzetində başlayıb. 1984-cü ildən fasiləsiz olaraq mətbuat sahəsində çalışır. Sabiq sovet ordusu sıralarında xidməti Daxili Qoşunların Uzaq Şərq və Şərqi Sibir dairəsinin «Dalnevostoçnıy çasovoy» qəzeti redaksiyasında keçib. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında səhər proqramının aparıcısı, redaktoru vəzifəsində çalışıb.


1993-cü ildən 2010-cu ilə qədər Müdafiə Nazirliyinin sənədli filmlər kino-telestudiyasının baş redaktoru vəzifəsində xidmət keçərək ardıcıl cəbhə bölgələrindən hazırlanan AzTV-də efirə verilən “And” hərbi proqramının müəllifi və aparıcısı olub.

Birinci Qarabağ savaşından, onun qəhrəmanlarının döyüş yolundan, ordu quruculuğundan bəhs edən onlarla sənədli filmin müəllifidir. Müharibə veteranı, tanınmış müharibə reportyorudur. Azərbaycanın hərbdən məlumatlı jurnalisti kimi tanınır. 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxıldıqdan sonra ANS-də «Marş» hərbi-vətənpərvərlik proqramının layihə rəhbəri, müəllifi və aparıcısıdır.


Rahib Qərib ailəlidir. Üç övladı var.

Leyla Həsənova

AVMVİB Rəhbərliyi və Veteran.az kollektivi Rahib Qəribi təbrik edir, uzun ömür, cansağlığı və xoş günlər arzulayır.

P.S.Bölgə informasiya Agentliyinin, eləcə də QəbələPress.info saytının kollektivi də təbrikə qoşulur:
Bütün gözəlliklər sənin olsun! 100 yaşa!

Təbrik edirik!

На изображении может находиться: 1 человекНа изображении может находиться: 1 человекНа изображении может находиться: 1 человек, небо и на улице

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense