Madaqaskar koronavirusa dərman tapdı – Ölkələr dərman üçün müraciət edirlər 

QəbələPress.info
title

Madaqaskarın istehsal etdiyi bitki tərkibli koronavirus dərmanına daha bir Afrika ölkəsi müştəri çıxıb.
“Haber Global” xəbər verir ki, Konqo Demokratik Respublikası da rəsmi səviyyədə bu dərman üçün Madaqaskara müraciət edib.Bu barədə ölkənin Rabitə naziri Tyerri Mounqala “Twitter” vasitəsilə açıqlama verib. O bildirib ki, Madaqaskar və Konqo DR prezidentləri arasında sözügedən dərmanla bağlı videogörüş olub.Görüş zamanı Konqonun “COVİD Organics” adlı dərmanı almaq istəyi və bunun üçün Madaqaskara xüsusi karqo təyyarəsi göndərəcəyi müzakirə olunub.Qeyd edək ki, Madaqaskar Araşdırma İnstitutunun alimləri tərəfindən malyariya müalicəsində istifadə olunan artemisia bitkisi və bu ölkədəki digər şəfalı otların qarışığından hazırlanmış “COVİD Organics”ə bu, ilk tələb deyil.
Daha öncə Seneqal, Qvineya Bissau və Ekvatorial Qvineya da dərman üçün Madaqaskara müraciət etmişdi./oxu.az/

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense