TƏBİB kimlərin koronavirus xəstələri üçün plazma donoru ola biləcəyini açıqlayıb

QəbələPress.info
title
"İmmun plazma müalicəsi COVID-19 diaqnozu ilə müalicə alıb sağalan xəstələrdən Mərkəzi Qan Bankı tərəfindən toplanan qan plazmasının ağır vəziyyətdə olan xəstələrdə istifadəsi ilə həyata keçirilən metoddur".

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında bildirilir. Məlumatda deyilir ki,  COVID-19 diaqnozu laborator olaraq təsdiqlənib sonradan sağalan, klinik olaraq tam sağalmadan ən azı 14 gün sonra, 2 dəfə test nəticəsi neqativ olanlar, 18-60 yaş arası könüllülər, kişi və hamilə olmayan qadınlar (düşüyü və abort olmamış), həyatının heç bir dövründə qan transfuziyası edilməyənlər koronavirus xəstələri üçün plazma donoru ola bilər.
Qeyd edilib ki, uyğun donor qan donorluğunda olduğu kimi razılıq forması doldurur və müayinə edilir. Donordan qan alınaraq laborator testlər həyata keçirilir. Test nəticələri uyğun olan donorlardan aferez metodu ilə plazma alınır. Prosedur 45-60 dəqiqə davam edir. Donordan immun plazma 1 ay ərzində ən çox 3 dəfə, ilk plazmanın götürüldüyü tarixdən etibarən 7-10 gün fasilə ilə alına bilər. Pu prosedurun donorun sağlamlığı üçün heç bir riski yoxdur. Aferez proseduru zamanı qanın ayrılması üçün istifadə olunan setlər birdəfəlik və sterildir. Setlər qapalı sistem kimi işləyir. Prosedur zamanı qan cihazla təmas etmir. Bu müalicə tam ödənişsizdir. Bütün xərclər TƏBİB tərəfindən qarşılanır.
Bildirilib ki, sağalan xəstələrin məlumatları TƏBİB tərəfindən Mərkəzi Qan Bankına göndərilir. Plazma donorları Mərkəzi Qan Bankı tərəfindən seçilir. Könüllü donorlar müəyyən olunan növbəli sistem əsasında Mərkəzi Qan Bankına dəvət olunur. Gəlmə imkanı olmayan könüllü donorlar üçün Mərkəzi Qan Bankı tərəfindən gəliş-gedişləri təmin olunur. Xəstəxanadan gələn tələblərə əsasən plazmalar göndərilir. Plazma istəyi isə xəstə yaxını və ya xəstənin özü tərəfindən edilə bilməz.  

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense