“Qapıda yardımı alarkən onların üzlərində utanc hiss edirəm” - Şeyx

QəbələPress.info
title

“Tarixdə bu günə qədər Kəbə evinin bağlanması, məscidlərimizin qapalı qalması halı olmayıb”. 

QəbələPress.info xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə REAL TV-ə müsahibəsində deyib. Şeyx bildirib ki, bu xəstəlik üçün sərhəd, millət, din fərqi yoxdur: “Bütün dünya düçar oldu. Bu gün insaniyyət oturub düşünməlidir, bəlkə də, yaşamağın yeni bir konsepsiyasını yazmalıdır. Bu dərdi Allahla bağlayıb, onun göndərdiyini demək olmaz. İnsan nə edirsə, özü edir, yerin-göyün düzənini pozur. 

Bizim üçün çox çətindir. Ancaq başqa dinlərdən fərqli olaraq məbədlərimiz pərəstiş üçün deyil ki, gedib məbəddə pərəstiş edək. Bizim ibadətlərimiz insanların qəlblərinin təmizlənməsi üçündür. Bunu evdə də etmək olur”.

Onun sözlərinə görə, qoca adamın oruc tutması bədəninə zəiflik gətirəcəksə, tuta bilməz: 

“Xəstə şəxslərə oruc tutmaq olmaz. Kim sağlamdırsa, oruc tutmaq həmin şəxslərə vacibdir. Bu gün əgər bir insan oruc tutaraq xəstələnib vəfat edərsə, onda günah qazanmış olur”. 

Son olaraq pandemiya zamanı edilən yardımlaşma kampaniyalarına toxunan A. Paşazadə bildirib ki, bu, müsbət hal olsa da, gizlin edilməsi daha məqsədəuyğundur:

“Müsbət haldır ki, hazırda bəzi adamlar imkansız şəxslərə köməklik edir, bunu televiziyada da göstərirlər. Amma mən şəxsən həmin insanların qapı ağzında yardımı alanda üzündə utanmaq hiss edirəm. Yaxşı olar ki, gizli saxlansın. 5 kilo nəsə verib əvəzində “çox sağ ol” gözləmək ibadətə uyğun deyil. Yenə də, başqalarına təbliğat üçün müsbət addımdır”.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense