Qamət Süleymanov : “Belə vəziyyətdə məscidə gəlməyə ehtiyac yoxdur”

QəbələPress.info
title

“Mənə zəng vurub soruşanlar da olur, hamısına deyirəm ki, ibadətlərini evdə etsinlər”. 

Bu fikirləri ölkədə koronavirus təhlükəsi ilə əlaqədar tətbiq olunmuş karantin rejimi şəraitində möminlərin necə ibadət etməli olduqları haqda danışan “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov deyib.

Qamət Süleymanovun sözlərinə görə, məscidə gələn azsaylı möminlərə də evdə namaz qılmaları məsləhət görülür:

“Azərbaycanda məscidlərə gələn yoxdur. Kimlər ki gəlmək istəyirdi, biz onlara deyirik ki, namazı evdə, ailəsi ilə birlikdə qılsın.

İnsanlar məscidə gələnə qədər müxtəlif təmaslarda olurlar. Onların məscidə getməyindənsə, evdə namaz qılmaları məsləhətdir. Həm də ki bir çox möminlər məsciddən uzaqda yaşayırlar. Hazırkı vəziyyətdə onların evdən çıxmaları və uzaq yol qət etmələri də təhlükəlidir.

Mənə zəng vurub soruşanlar da olur, hamısına deyirəm ki, ibadətlərini evdə etsinlər. Belə vəziyyətdə məscidə gəlməyə ehtiyac yoxdur”.

Məscidlərə gedilməməsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) müvafiq tövsiyəsini xatırladan Qamət Süleymanov bildirib ki, bu məsləhətə əməl olunur.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense