Bakı məktəbində qızları oğurlayan qadın peyda olub – RƏSMİ AÇIQLAMA

QəbələPress.info
title

Bakı məktəbində uşaqları oğurlayan qadının peyda olması barədə iddialar var.

QəbələPress.info xəbər verir ki, bununla bağlı iki valideynin “Whatsapp” sosial şəbəkəsində səsi yayılıb.

İddia olunur ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində, təxminən, 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları dilə tutaraq oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlər qadına mane olublar.

Bildirilib ki, qadından başqa, məktəbin qarşısında avtomobildə bir neçə kişi də olub. Həmin şəxslərin qadınla əlbir olduqları iddia edilir.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar nəzarətə götürülüb.

“Tərəfimizdən müvafiq araşdırmalar davam etdirilir”, – o deyib.

 

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense