Bakıda hündürmərtəbəli binada yanğın - Sakinlər təhlükədədir

QəbələPress.info
title
Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.

QəbələPress.info BakuPost-a istinadən xəbər verir ki, bu barədə yanğın baş verən binanın sakinləri  məlumat veriblər.
Bildirilir ki, Xətai rayonu, Natiq Əliyev 42 ünvanında yerləşən 17 mərtəbəli binada başlayan yanğın nəticəsində bloklara və evlərə tüstü dolub. Sakinlər deyirlər ki, evlərindən çıxa bilmirlər.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, yanğın binanın elektrik şaxtasında başlayıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense