Şizofreniya 

QəbələPress.info
title

Şifofreniklərin də öz dünyası olur. Bu dünyanı onlar özlərindən uydursalar da,uydurduqlarının tam bir həqiqət olduğunu düşünərlər.
Bir dəfə Mingəçevir Mərkəzi Xəstəxanasının revmatologiya şöbəsində yatırdım.Necə olmuşdusa şizofrenik bir gənci də mənim yatdığım şöbəyə yerləşdirmişdilər.Şöbə müdiri həmişə deyinirdi ki,revmatologiya şöbəsi hara,ruhi xəstə hara.. Məni avam görüb gətirib bunu atıblar bura.
Xülasə,24 yaşı olan bu cılız və çəlimsiz gəncin adı Adil idi.Oduqca savadlı və mədəni bir oğlan idi.Adilin hər gün onu ziyarət edən xalasından başqa demək olar ki,heç kimi yox idi.Xalası da imkansız,kasıb bir qadın idi.O,hər gün gəlib Adili yoluxur,onun üçün yemək gətirirdi.
Xəstəxanada xəstə az olduğu üçün,hər xəstəni ayrı-ayrı palatalarda yerləşdirmişdilər.Adil də palatasında tək idi.Palatası mənim yatdığım palata ilə yan-yana idi.Söhbət etmək üçün Adil arada mənim palatama gəlir,bəzən də mən onun palatasına gedirdim.O, rus dilini çox yaxşı bilirdi.. Orta məktəbi rusca oxumuşdu.Dünyada gedən siyasi proseslər haqqında da geniş məlumatı var idi.Həmişə mənimlə siyasi söhbətlər edirdi.Hiss edirdim ki,bu söhbətlər onun çox xoşuna gəlir.
Adilin tutması olmasaydı heç kim onun anormal olduğunu anlamazdı.Bəzən söhbət əsnasında,bəzən də sakit vəziyyətdə onda tutmalar baş verirdi.Tutmalar zamanı rəngi saralır,gözlərini bir nöqtəyə dikib eləcə dururdı.Kənardan müdaxilə edən olmasaydı,bəlkə də heç ayılmaz,gözünü dikdiyi o mübhəm nöqtədən gözünü günlərlə çəkməzdi.Bu vəziyyətdə ya həkim özü,ya da tibb bacıları ona yardım edir,iynə vurub özünə gətirirdilər.
Bir dəfə yenə Adilin palatasına getmişdim.Gördüm çarpayısında, gözünü tavana dikib sakitcə uzanıb.Salam verdim,səsini çıxarmadı.Yanındakı stulda oturdum.Bir-neçə dəqiqə keçmişdi ki,birdən yerindən qalxıb dikəldi və;
-Bağışla Habil,üzr istəyirəm,gəldiyini bilməmişəm,-dedi.
-Canın sağ olsun !-dedim.
-Necəsən ? Özünü necə hiss edirsən ? - deyə halını soruşdum.Təşəkkür edib yaxşı olduğunu dedi.
Yatdığımız şöbədə gözəl bir tibb bacısı var idi.Mən onu Elen deyə çağırırdım.Adil mənim o qızla görüşdüyümü bilirdi.Ancaq buna baxmayaraq onun da Elendən xoşlandığını hiss etmişdim.Ona görə də söhbəti gətirib ondan saldım.Bilirdim ki,bu söhbət onun xoşuna gələcək.
Heç gözləmədiyi anda ondan soruşdum:
-Adil,Eleni sevirsən?
Uzandı..yenə gözünü tavana dikdi və bu qəfil sualdan çaşmış kimi,kəkələyərək cavab verdi:
-Hə ? Niyə ? Xoşuma gəlir,doğrudan xoşuma gəlir.Güldü.
-Bəlkə də sevirəm..ancaq indiyədək heç kimi sevməmişəm.
-Bəs niyə sevdiyini ona demirsən? -deyə soruşdum.
Güldü.
-Doğrusu utanıram.Heç kimdən utanmıram,ancaq Eleni görəndə nəsə utanıram.Onunla danışanda dilim topuq vurur.Gülümsədi.
Birdən yuxarını işarə edib:
-Bax o lampoçkanı görürsən?-deyə sordu.-O lampoçkaya nə gəlir ?
Mən:
-Pərvanə,-dedim.
-Xeyr,ora tok gəlir.Bax,90-cı ildən mənim bədənimdə tok var.Necə ki,bir spiçka dənəsini yandırırsan,sonunda yanıb qurtarır və sönür...Bax,məndə də o tok qurtaracaq və… sakitcə gülür;
-Bax,ondan sonra mən də eləcə sönəcəyəm.. Götür siqaret çək ! İstəmədiyimi dedim.
-Çəkmirsən ? Götür götür !Siqaret olmasa ürəyim partlayar.
Sonra..birdən yenə sayıqlamağa başladı.
-Məni heç,məni düşünən yoxdur,səni istəyir onlar.Morq tanıyırsan ? Onu morqa apardılar.O səni çox arzulayırdı,səndən ayrılmaq istəmirdi.Bu saat o,öz kefindədir.O səndən utanır,ona görə sənə yaxınlaşmaq istəmir.
Mən:
-Məndən ?- deyə təəccüblə soruşdum.
-Yox-yox ! "Sən" mən bilirsən kimə deyirəm ? Mən özümə"sən" deyirəm.
Başını bir az dikəldib əlavə etdi:
-Bax,altı dənədir.Birincisi "sən" ,yəni mən.İkincisi,mən.Üçüncüsü "o".Yəni...başının ortasını göstərir…
-Dördüncüsü,"onlar"-boynunun ardını göstərir…
-Beşincisi "özün"-gözlərini göstərir.. -Və "bu".Bilirsən "bu" nədir ? "Bu"-nun mənası pis çıxır.Ancaq bu həqiqətdir.
Danışığına ara verdi… Nə isə düşündü,köks ötürdü və əlavə etdi:
-Habil,sən yaxşı oğlansan,adamı başa düşürsən.Mən həyatımda birinci dəfədir ki,ürəyimi açıb kiməsə danışıram.
Adil susdu...başını yastığa qoyub gözlərini yumdu.O qədər zəifləmişdi ki,taqətsiz bədəni çarpayıya yapışmış kimi görünürdü.Sanki çarpayıda bir ölü uzanmışdı.
Bir azdan artıq o yatmışdı.
Səssizcə qalxıb palatadan çıxdım..Bütün bədənim tər içində idi.Özümü çox pis hiss edirdim.Başım hərlənirdi,sanki havada uçurdum.Dəhşətli bir hiss məni çulğamışdı.Qorxurdum..Qorxurdum ki,mən də Adil kimi o dəhşətli xəstəliyə tutularam.Şizofreniyaya.

Habil Taciroğlu
Qəbələ

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense