Başçı idmançılarla görüşdü​ 

QəbələPress.info
title Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev 2019-cu ildə ölkə və beynəlxalq idman yarışlarında müvəffəqiyyətlə çıxış etmiş idmançılarla görüşmüşdür.

Yola saldığımız 2019-cu il “Qəbələ” İdman Klubu üçün uğurlu olub. Belə ki, klubun yetirmələri bu il respublika və beynəlxalq səviyyəli yarışlarda 12 qızıl, 16 gümüş və 14 bürünc-ümumilikdə 42 medal qazanmışlar.
Başçı görüş iştirakçılarını salamlamış, Respublika Prezidenti İlham Əliyevin rəhbərliyilə ölkəmizdə və rayonumuzda 2019-cu ildə sosial-iqtisadi sahədə, o cümlədən idmanın daha da inkişaf etdirilməsi sahəsində əldə olunan uğurlardan danışmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin cari ilin idman yekunlarına həsr olunmuş mərasimində qeyd etmişdir ki, Azərbaycanda idmanın kütləviliyi təmin olunur. İdmanla məşğul olan gənclərin sayı kəskin artır. Azərbaycan çox böyük beynəlxalq səviyyəli idman yarışlarına uğurla ev sahibliyi edir. 2019-cu ildə idmançılarımız beynəlxalq yarışlarda 775 medal qazanıblar ki, onun 271-i qızıldır.

Ölkə idmançılarının bu uğurlarında “Qəbələ” idman klubunun yetirmələrinin də layiqli yeri vardır. Rayon icra hakimiyyətinin başçısı idmançılarımızı 2019-cu ildə qazandıqları müvəffəqiyyətlər münasibətilə təbrik etmiş, 2020-ci ildə onlara daha böyük uğurlar arzulamışdır.
O, idmançıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də təbrik etmişdir. “Qəbələ” idman klubunun ümumi işlər üzrə kordinatoru Əməkdar məşqçi Səbuhi Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərtərəfli diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın maddi-texniki bazasının dünya standartları səviyyəsinə qaldırdığını və nəticədə bu sahədə çox böyük uğurların əldə olunduğunu bildirilmişdir.

O, qeyd etmişdir ki, ölkə Prezidentinin qayğısı sayəsində Qəbələdə də idmanın inkişafı üçün nəhəng layihələr həyata keçirilmişdir. İdmançılarımız bu qayğıya görə ölkə başçısına minnətdardırlar.
İdman klubunun kordinatoru “Qəbələ” İdman Klubu təmsilçilərinin 2019-cu ildə əldə etdikləri nailiyyətlər barədə rayon icra hakimiyyətinin başçısına məlumat vermişdir.

Sonra rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev “Qəbələ” İdan Klubunun 2019-cu ildə ölkə və beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış etmiş idmançılarına, məşqçilərinə RİH-nin mükafatlarını təqdim etmişdir.

Tədbir xatirə şəklinin çəkilişi ilə başa çatmışdır./RİH/



Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense