Qəbələdə idman sahəsində fərqlənənlər mükafatlandırılıblar

QəbələPress.info
title

Yola salmaqda olduğumuz 2019-cu il Qəbələ rayonunun idmançıları üçün də uğurlu olub. Belə ki, qəbələli idmançılar bu il respublika və beynəlxalq səviyyəli yarışlarda 12-si qızıl, 16-sı gümüş və 14-ü bürünc olmaqla, ümumilikdə, 42 medal qazanıblar.



QəbələPress.info
 AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə respublika və beynəlxalq səviyyəli yarışlarda fərqlənən qəbələli idmançıların mükafatlandırılması münasibətilə dekabrın 28-də Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə məlumat verilib.

Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə idarənin rəisi Fəxri Soltanov çıxış edərək, ölkəmizdə idman sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından söz açıb, 2019-cu ildə qəbələli idmançıların qazandıqları uğurlardan bəhs edib.

Tədbirin sonunda respublika və beynəlxalq səviyyəli yarışlarda fərqlənən idmançılara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense