Bıçaqlanan  polis mayoru ilə bağlı YENİ XƏBƏR

QəbələPress.info
title

Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.
QəbələPress.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Tərtər rayonunda bıçaq xəsarətləri alaraq xəstəxanaya gətirilən polis əməkdaşına Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

Xəstəxanadan verilən məlumata görə, qarın boşluğuna nüfuz edən bıçaq yaraları diaqnozu ilə xəstəxanaya çatdırılan yaralı, dərhal əməliyyat olunub. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. Hazırda reanimasiya şöbəsində müalicə alan yaralının vəziyyəti ağır stabil kimi qiymətləndirilir.

*************************************************************
Tərtər Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Aslanov Elçin İslam oğlu xidməti vəzifəsini yerinə yetirərkən hücuma məruz qalıb və ağır yaralanıb.

QəbələPress.info-nun məlumatına görə, b
u barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Dekabrın 26-da saat 19:00 radələrində Buruc kəndində Nəcəfovlar ailəsində münaqişə baş verib. 1973-cü il təvəllüdlü işsiz Nəcəfov Ceyhun Mürşüd oğlu içkili vəziyyətdə qardaşı Ariflə dalaşıb. Hadisə barədə polisə məlumat verilib, bununla əlaqədar Elçin Aslanov hadisə yerinə gedib.
Polis əməkdaşı hadisə yerinə Ceyhun Nəcəfov qardaşını bıçaqla vurmağa hazırlaşan zaman çatıb. Asayiş keşikçisi qəzəbli kişini zərərsizləşdirməyə çalışsa da, bu vaxt özü hücuma məruz qalıb. C.Nəcəfov polis əməkdaşına beş bıçaq zərbəsi vurub. Onlardan dördü qarın nayihəsinə vurulub, ikisi daxilə nüfuz edib.
Xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olaraq qiymətləndirilir.                                                                                     
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3 (qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs saxlanılıb və istintaq orqanlarına təhvil verilib. Faktla bağlı əməliyyat-istintaq qrupu yaradılıb.

Ramella İbrahimxəlilova, Könül Cəfərli

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense