Qəbələdə yeni tikilmiş məktəb binasının açılışı oldu-FOTO

QəbələPress.info
title

Respublikamızda bütün dövrlərdə təhsilə diqqət və qayğı olub. Ölkəmiz milli müstəqillik əldə etdikdən sonra isə bu sahəyə diqqətin daha da artırılmasının şahidiyik. Deyildiyi kimi, təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir. Hər bir xalq inkişaf yolunu məhz malik olduğu elmi-intellektual potensialla müəyyənləşdirərək dünya miqyasında layiqli yer tutmaq imkanı qazanır.

Qəbələ rayon Vəndam qəsəbə 2 saylı tam orta məktəbinin 364 şagirdi51 müəllim heyəti bir neçə il “didərgin” ömrü yaşa. Bir neçə il əvvəl  müvəqqəti, qonaq qismində qəsəbə 1 nömrəli orta məktəbə köçürülən şagird və müəllim heyəti geriyə-öz məktəblərinə dönəcəkləri günün həsrətində idilər.
QəbələPress.info-nun məlumatına görə, bu gün yeni tikilmiş qocaman təhsil ocağı, elmə yüzlərlə alim vermiş  Qəbələ rayon Vəndam qəsəbəsində fəaliyyət göstərən şəhid Hikmət Rəşidov adına 2 saylı tam orta məktəbin açılışı oldu.
Lenti kəsən Azərbaycan Respublikasının  Təhsil Naziri müəllim və şagirdləri, eləcə də tədbirə toplaşmış qəsəbə ictimaiyyətinin nümayəndələrini təbrik etmişdir.
Tədbirdə  Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Qəbələ Rayon icra başçı Səbuhi Abdullayev iştirak və çıxış etmişlər.


Tədbir nazirin gənc müəllimlərlə görüşü ilə başa çatmışdır.










Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense