Yaşasaydı 70 yaşı tamam olacaqdı... Tofiq Vəndamlının  xatirə günü
 

QəbələPress.info
title Yaşasaydı bu il 70 yaşı tamam olacaqdı...

İstedadlı şair, çəmi 28 il ömür sürən T.Vəndamlının...Təkcə rayonumuzun deyil,respublikamızın tanınmış şairlərindən biri olan ,sönməz əqidə,məslək sahibi,yazdığı şeirlərilə sovet rejiminin bütün əzabını,zillətini üzə çıxaran,milli mənafeyi qoruyaraq dəmir barmaqlıqlar arasında da məsləkindən,xalqının müstəqillik duyğusu ideyasından dönməyən Tofiq Vəndamlı(Hüseynov Tofiq Soltanhəmid oğlu,1949-1977) yaradı
cılığının pərəstişkarları bu gün Qəbələ rayon mədəniyyət evinə toplaşmışdılar.
Tədbiri rayon Yazarlar birliyinin sədr müavini Gülxar Vəfalı açdı.Mərhum şairin ruhu bir dəqiqəlik sükutla yad edildi.Sonra tədbirin aparıcısı H.Qasımov T.Vəndamlının həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.
Daha sonra Yazarlar birliyinin üzvləri,şairlər,T.Vəndamlının  sinif yoldaşları,qardaşları,rayon və qəsəbə məktəbinin şagirdləri,mədəniyyət evinin aktyorları T.Vəndamlı yaradıcılığından söz açdılar.

Şairin qaranlıq zindanda yazdığı işıqlı şeirlərdən bəhs etdilər.Bədii qiraətlər bir - birini əvəz etdikcə tədbir iştirakçıları qürbət eldə vətənin müstəqilliyi həsrətilə dünyasını vaxtsız dəyişən,hələ də doğma Vətəndən uzaqda uyuyan şairin zəngin yaradıcılığı ilə daha yaxından tanış olurdular.
Çıxış edənlərdən F.Əzizli, G.Vəfalı, M.Qasımov, Q.Hüseynov, M.Ağayev, C.Komradlı, A.Məmmədov, E.Dönməz, İ.Muradov, Q.Axundov, X.Gəncimov, H.Kədərli, M.Xalidoğlu, F.Fərrux,A.Həşimov,Ə.Əliyev,D.Tikanlı,Q.Qaraçaylı,N.Ziyadxanov,şairin qardaşları Nüsrət,Hüseyn və başqaları ürək sözlərini söylədilər.

Qadın yazarlardanRəna xanım,Mərziyyə xanım,Ruhəngiz xanım,İ.Qutqaşınlı ev muzeyinin bələdçisi N.Veysəlova, şagirdlərdən Esmeralda, R.Ləman, Aytən, Qadir, Aybəniz, Ceyran, Sevinc,Samirə,M.Ləman və başqaları istedadlı şairin şeirlərindən parçalar söylədilər.

QəbələPress.info

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense