Qəbələ yazarlar birliyində növbəti toplantı 

QəbələPress.info
title
Bu gün Qəbələ yazarlar birliyinin növbəti toplantısı keçirilmişdir. Bu toplantı Qəbələnin dissident şairi Tofiq Vəndamlının 70 illik yubileyinə həsr olunmuşdu. 

Tədbirdə iyirmi səkkiz yaşında həbsxana şəraitində dünyasını vaxtsız və müəmmalı şəkildə dəyişmiş mərhum şairin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, həyatı və yaradıcılığı haqqında müfəssəl məruzələr və çıxışlar, qardaşlarının, qohumlarının və dostlarının xatirələri dinlənilmişdir.

Eyni zamanda rayon yazarları 
rəhmətliyin yaradıcılığına aid fikirlərini bildirmiş və ona həsr olunmuş şeirlərini oxumuşlar. 

Aparıcıların bacarığı və iştirakçıların fəal iştirakı ilə keçirilən bu tədbirdə hər ilin oktyabr ayının 17-ni "Tofik poeziya günü" kimi keçirmək, rəhmətliyin qürbətdə qalan məzarını Vətənə gətirmək, irsini daha ətraflı araşdırmaq və çap məsələlərinə kömək göstərilməsi kimi təkliflər müzakirə olunmuşdur. 

Təşkilatçılar və rəhmətliyin ailə üzvləri tərəfindən bütün iştirakçılara, o cümlədən onun şeirlərini sevə-sevə ifa edən şagirdlərə təşəkkür etmişlər.


Qərib Hüseynov

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense