Bakının ucuz və bahalı Yeni il “yolka”ları — 10 min AZN - VİDEO

QəbələPress.info
title Yeni ilin yaxınlaşması ilə bağlı artıq paytaxt Bakıda bayram ab-havası hiss olunur. Mərkəzdə ağaclar bəzədilir, mağazalarda oyuncaqlar satılır.

QəbələPress.info baku.ws-ə istinadən xəbər verir ki, belə oyuncaqlar metro çıxışlarında quraşdırılan çadırlarda, eyni zamanda müxtəlif mağazalarda müştərilərin yolunu gözləyir.

Qeyd edək ki, Yeni il ərəfəsində əsas atributlardan olan Yeni il ağaclarına (“yolka”) hər addımbaşı rast gəlmək olar.

Yeni il atributlarından olan “yolka”nın qiyməti hündürlüyünə və istehsal olunan firmaya görə dəyişir. Yarmarkalarda onları ucuz tapmaq mümkündür.

Lakin mağazalarda qiymətlər elə də ucuz deyil.

Belə ki, hazırda Bakıda ən ucuz “yolka” 6 manata satılırsa, ən bahalı “yolka”nın qiyməti 10 min manata qədər yüksəlir.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense