Yeni subsidiya mexanizminə keçidlə bağlı  maarifləndirici tədbir-Qəbələdə 

QəbələPress.info
title Yeni subsidiya mexanizminə keçidlə bağlı Qəbələ rayonunda maarifləndirici tədbir keçirilib.

Dekabr ayının 13-də rayon icra hakimiyyətinin akt zalında yeni subsidiya mexanizminə keçidlə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, rayon icra hakimiyyətinin məsul işçiləri, icra nümayəndələri, bələdiyyə sədrləri və fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma işləri aparıldığını və əsaslı infrastruktur layihələr həyata keçirildiyini bildirib. Ölkədə məqsədyönlü islahatların həyata keçirildiyini qeyd edən rayon İcra hakimiyyətinin başçısı kənd təsərrüfatının inkişafına geniş dövlət dəstəyi mövcud olmaqla dövlətin diqqət və qayğısı nəticəsində son illərdə rayonda taxılçılıq, meyvəçilik, baramaçılıq, tütünçülük və heyvandarlığın daha da inkişaf etdiyini qeyd edib.

Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxışında deyib ki, bu il aqrar xidmətlərin elektronlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ildə əsas fəaliyyət prinsiplərini - fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə və innovasiyaların tətbiqini özündə birləşdirən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) layihəsini həyata keçirməyə başlayıb. 2020-ci ildən aqrar subsidiyalar məhz elektron sistem üzərindən, fermerlərin bəyanları əsasında veriləcək.
Fermerlər və onlara informasiya-məsləhət xidməti göstərən bütün qurumları payızlıq əkinlərin bəyan edilməsi prosesində daha fəal olmalıdırlar. Kənd təsərrüfatı istehsalçılarının gələn il subsidiya alması üçün payızlıq əkinləri bəyan etməsi vacibdir.

Nazir müavini daha sonra qeyd edib ki, EKTİS sisteminin tətbiqi Azərbaycanda subsidiyaların verilməsində şəffaflığı tam təmin edəcək, aqrodataların toplanmasına, geniş təhlilinə imkan verəcək.

Görüşdə aqrar sektora dövlət dəstəyinin yeni mexanizmi, Aqrar Subsidiya Şurası tərəfindən müxtəlif məhsullar üzrə müəyyənləşmiş əmsallar, fermerlərə veriləcək subsidiyaların aqrar sahənin inkişafına göstərəcəyi müsbət təsir ətrafında fikir mübadiləsi aparılıb, EKTİS-in tətbiqi ilə əlaqədar yerli icra orqanlarının nümayəndələrinin, bələdiyyə təmsilçilərinin və fermerlərin sualları cavablandırılıb./RİH/

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense