İsmayıllıda ana olmağa hazırlaşan qadın dünyasını dəyişib

QəbələPress.info
title

İsmayıllı rayonunda hamilə qadın dünyasını dəyişib.

QəbələPress.info-nun məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Talış kəndində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü İbrahimova Nərminə Arif qızı yaşadığı evin hamam otağında çimərkən qəfildən halı pisləşib və yerə yıxılıb. Ailə üzvləri onu halsız vəziyyətdə bayıra çıxararaq təcili tibbi yardım xidməti ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, N.İbrahimova bu il ailə həyatı qurub və 8 aylıq hamilə idi.

Ölümün səbəbləri ilə bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense