Fazil Mustafa: "Bu qərar  normal prosedurdur..." 

QəbələPress.info
title

Bu qərar məncə normal prosedurdur...

QəbələPress.info-nun məlumatına görə, bu sözləri Millət vəkili Fazil Mustafa  Milli Məclisin buraxılması qərarı ilə əlaqədar açıqlamasında bildirib. O, qeyd edib ki, Milli Məclisin buraxılma qərarı çoxluq təşkil edən partiyanın fəaliyyətini dayandırması ilə bağlıdır: “Belə halda arifmetik olaraq 83 nəfərdən aşağı düşür, yetərsay olmur və Milli Məclis qərar qəbul etmə potensialına sahib olmur. Ona görə də avtomatik buraxılması tələb olunub. Bunun başqa şərhi yoxdur. Partiya dediyi kimi bu, siyasi, hüquqi qərardır. Yəni partiya islahatlara dəstək vermək məqsədilə yenilənmək istəyir. Parlament tərkibini yeniləmək istəyir. Digər tərəfdən də fəaliyyətini dayandırır, hüquqi cəhətdən də fəaliyyət mümkün olmur. Bu qərar, məncə, normal prosedurdur. Ümid edək ki, növbəti seçkilər daha yeni islahatlara dəstək verən yeni vitrinli parlament formalaşdıracaq.

Biz bu qərarı normal qarşıladıq. Partiyamız istənilən seçkiyə hazır olmalıdır. Yeni parlamentin hansı yeniliklər gətirəcəyini deyə bilməyəcəm. Çünki seçkinin daha keyfiyətli parlament seçməsi, daha hazırlıqlı insanları parlamentə gətirməsi onun rəyindən asılı olacaq. Ona görə də bunu indidən demək mümkün deyil”.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense