Yekaterinburqda müsəlmanlar bütün qış boyu küçədə namaz qılacaqlar...

QəbələPress.info
title
Yekaterinburqdakı “Nur-Usman” məscidi söküldükdən sonra müsəlmanlara namaz üçün alternativ bir yer verilmədiyindən onlar şaxtalı qış havasında bayırda namaz qılmağa məcbur olur.

Rusdilli İslam saytının  verdiyi xəbərdə belə deyilir.

"Mərkəzdəki ən yaxın ibadətgah Repindəki “Əbu Hənifə” məscididir. Məscidin tutumu təxminən 800 nəfərdir. Ancaq oraya bəzən 2 min nəfər gəlir. “Nur-Usman” məscidi söküldükdən sonra daha çox axın başlayıb. Küçədə isə bəzi möminlərə hətta xalça da çatmır, məcbur olub  gödəkçələrini ayaqları altına atıb namaz qılırlar”- deyə sökülmüş məscidin ziyarətçilərindən biri təəssüflə bildirib.  
Məscid üçün ayrılmış yeni yerdə  hələ tikinti başlamadığından belə görünür ki, Rusiyanın bu şəhərində müsəlmanlar bütün qışı soyuqda ibadət  edəcəklər...

Sultan Laçın

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense