KEÇMİŞ DÖYÜŞÇÜ JURNALİST XATİRƏ MEDALLARI İLƏ TƏLTİF EDİLDİ

QəbələPress.info
title AVMVİB Sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin müavini Vahid Abdürəhmanov və AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu təqdimata uyğun olaraq AVMVİB üzvü müharibə veteranı, jurnalist, qəhrəmanlıqlarla dolu bir döyüş yolu keçmiş Əmrah Cabbarovu xatirə medalları ilə təltif etdilər.



AVMVİB sədri Füzuli Rzaquliyev təltif olunan veteranı təbrik edərək hər bir veteranımızın Vətənimizin azadlığı uğrunda mübarizəyə hazır olmasının vacibliyini vurğuladı. Sədr bildirdi ki, veteranlarımızın çox saylı müraciətlərini nəzərə alaraq onları fərqləndirməyə qərar verdik. Təşkilatımızın fəaliyyətində müstəsna xidmətləri olan və Vətənin müdafiəsində fərqlənən veteranlarımızı təltif etməkdən məmnunuq. Şərəfli bir haldı ki, savaşın ilk günlərində mənim əsgərim bu gün veteran və qəhrəman bir zabit kimi qarşımdadır.

Təltif olunan veteran Əmrah Cabbarov da göstərdikləri bu diqqətə görə öz təşəkkürünü bildirdi. O, öz ilk komandirinin əlindən medal almağına görə ikiqat sevindiyini dilə gətirdi.
Jurnalist döyüşçü Əmrah Cabbarlını bir daha təbrik edirik!

Elnur Səlim
Fedai.Az

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense