Bu gün Bakıda keçirilən mitinqlə bağlı RƏSMİ AÇIQLAMA

QəbələPress.info
title

Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycan Xalq Hərəkatının keçirdiyi mitinqlə bağlı məlumat yayıb.

İdarənin Mətbuat Xidmətindən verilən məlumata görə, açıqlamada deyilir:

"Noyabrın 30-da özünü Azərbaycan Xalq Hərəkatı adlandıran qurumun paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Neftçi" idman klubunun təlim bazasında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin qurumun ümumi sayı 450 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının pozulması halları qeydə alınmayıb"./Publika.az/

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense