ÜZRÜ GÜNAHINDAN BETƏR...

QəbələPress.info
title
Çümşüd adında zadın qadın batalyonunun üzvləri haqqında dediyini oxudum:"onlar hamısı ərindən bo-
şanmış küçə qadınları idi..."
Elə ki,dili söz,əli qələm tutanlar bunun ölü- dirisini yadına saldı,bu da üzr istədi:"mən döyüşən qadınları
nəzərdə tutmamışam" və əlavə elədi:"onsuz da respublukanın tən yarısı boşanıb".
Bu yerdə mənim yadıma iki əhvalat düşdü.Birincisi:Şah eşidir ki, Bəhlul Danəndə belə bir ifa-
də işlədib;üzrü günahından betər.Nə qədər fikirləşirsə tapa bilmir ki,üzr günahdan betər necə ola bilər.
Deyir,Bəhlulu çağırın.

Bəhlul gəlir,neçə misal çəkir,izah edir şah qane olmur.Sah deyir:
-Bu pilləkənin sonuna kimi məni qane edən cavab verməsən,boynunu vurduracağam.
Son qalaqda Bəhlul şahın yanbızından bir çimdik alır.
Şah dik atılır:
-Yaramaz,sən neyniyirsən?

-Üzr istəyirəm şah,elə bildim arvadınızdır.
-Sən nə danışırsan,vurun bunun boynunu.
Bəhlul sakitcə deyir:
-Sah sağ olsun,üzrü günahından betər budur.

İkinci əhvalat:Günəşli sanatoriyasında ağrayan yerlərə qaynar mastika yaxırlar.Öz guşəmdə uzanıb
növbəmi gözləyirəm.Bu vaxt qonşu arakəsmədə haray qalxır:
-G...m yaneer,g...m yaneer...
-Ay qız,ayıbdır,qonşu arakəsmələrdə kişilər var.
-Ayıb niyə olur,bu zəhrimarın başqa adı varsa de, mən də bilim.

Deyirəm Cümşüdün dediklərinin bəlkə başqa adı var mən bilmirəm...
 


Adil BƏY

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense