YAP partiyanı təmsil edən deputatlara parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməyi tövsiyə edib

QəbələPress.info
title

YAP-ın siyasi şurasının təcili iclasında sensasion qərar qəbul edilib.
QəbələPress.info
“Qafqazinfo”-ya istinadən xəbər verir ki, iclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.
Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.
Yaxın saatlarda YAP-ın deputatlarının birgə iştirakı ilə iclas keçiriləcək.
Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq.
Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense