İran konsulluğuna hücum etdilər

QəbələPress.info
title

İraq hakimiyyəti ölkənin cənub əyalətlərində İranın konsulluğuna hücumdan sonra təhlükəsizlik tədbirlərini artırır.

QəbələPress.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, İranın konsulluqlarının yerləşdiyi Bəsrə və Kərbəlada da təhlükəsizlik tədbirləri artırılıb.

Bildirilir ki, bir qrup etirazçı İranın Nəcəf şəhərindəki konsulluğuna hücum edib və binaya girişi yandırıb. Daha sonra alov binanın digər hissələrinə də keçib. Hazırda yanğınsöndürənlər hadisə yerində yanğını söndürməyə çalışırlar.

"As Sumaria" telekanalının məlumatına əsasən, İran nümayəndəliyinə hücumdan sonra təhlükəsizlik qüvvələri kompleksi tərk ediblər və hazırda bina heç kim tərəfindən qorunmur. Binanın qarşısında isə bir qrup nümayişçi yanğınsöndürənlərə mane olmağa çalışırlar.

Vəziyyətlə əlaqədar səhiyyə və daxili işlər istisna olmaqla şəhərdə bütün dövlət müəssisələrinin işçiləri üçün istirahət günü elan edilib.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense