ÖLÜRƏM....  

QəbələPress.info
title Afət Əlisahibqızı

Gedək, əzizim


Yolumuzda nə varsa, Yıxıb gedək,əzizim. Dağdan gələn su kimi Axıb gedək,əzizim. Yandıraq həsrətləri, Aşıraq sərhədləri, Bir dəli mart səhəri, Caxıb gedək,əzizim. Hər bir şeyi unudaq, Vusal şərbəti dadaq, Günəş doğandan qabaq, Cıxıb gedək,əzizim.
Gəl tutuşaq əl-ələ, Yaşamayaq nafilə, Ötüb keçən illərə, Baxıb gedək,əzizim. Məsafələri aşaq, İlğımlara qarışaq, Yenə də qarşılaşaq, Ayrılığı,həsrəti, Yaxıb gedək,əzizim. Yolumuzda nə varsa, Yıxıb gedək,əzizim.

***********************
RƏSMİNİ ÇƏK Rəssam, Bütün rənglərdə Firçaları topala, İçimin rəsmini çək. Duyğularım,hisslərim, Sevgimin rəsmini çək. Axı sənin gözlərin Görür mən görməyəni. Sənətkar gözlərinlə Şək,içimdəki "mən"i. Rəsmində ürəyimin Atışlarını yarat. Məhəbbətlə çırpınan Baxışlarını yarat. Bütün rənglər var mənim Daxilimdə rəngbərəng... Həsrətimin rəngi nə? Al fırçanı,çək görək. Çək!Qəlbimin ağlayan Gözlərinin rəngini. Sehirli firçan ilə Duyğumun ahəngini. Sədaqəti,nifrəti, Şəfqəti,mərhəməti, Hər hissi bir rəngdə çək! Rəssam,bütün rənglərdə Fırçaları topala. İçimdəki rənglərdən Gözəl bir əsər yarat, Kim olduğumu anlat...
****************************
SƏN KEÇMİŞİN DUMANINDA BİR XƏYAL... Sən keçmişin dumanında bir xəyal, Mən gerçəyin iç üzüyəm,əzizim. Sən zamanın durağında intizar, Mən yorulmuş yolçusuyam,əzizim. Əski dəftər arasından qəlbimə Süzülürsən,hər sətirdə azıram. Məktubların ölüm hökmü oxuyur, Məzarımı vərəqlərə qazıram. Mən zamanın qatarının səmtini, Kaş dəyişib o durağa gələydim Bircə dəfə sarılaydım boyuna, Qollarının arasında öləydim. Amma elə yerdəsən ki,çağırsam, Harayıma gələnməzsən,bə adam. Səndən sonra nə yaşadım bu illər, Heç bir zaman bilənməzsən,bə adam. Sən keçmişin dumanında bir xəyal....
*******************************************

ÖLÜRƏM....
Ölürəm..bir bilsən necə ölürəm? Özümü asmıram, ruhum asılır... Qədər kipriyimin incə yerindən, Dilimin ucundan ahım asılır... Ölürəm ...bir bilsən necə ölürəm? Özümü atmıram dənizlərə mən , Xəyalım hər gecə sulara düşür, Nəşini tapıram səhər dənizdən.. Ölürəm...bir bilsən necə ölürəm? İçimdə duyğular ölür günbəgün.. Dünən bir kəlməyə sevinən ürək, Kəlmələr altında can verir bu gün.. Ölürəm ..bir bilsən necə ölürəm? Saçlarım bir sığal eşqınə ölür... Əllərim havadan asılı qalir, Yapışacaq bir əl eşqınə ölür.. Ölürəm bir bilsən necə ölürəm... Hər gün zərrə-zərrə tükənirəm mən ... Hər gün qram-qram azalır canım, Hər gün dünya boyda yüklənirəm mən.. Ölürəm...daha mən o mən deyiləm, Çöhrəmı qırışlar qazıyıb keçir. Dodağım gülməyi unudub coxdan, Ruhum zərrə zərrə dünyadan köçür.. Sən bilmə,bəlkə də belə yaxşıdır, Mən neçə ölürəm, necə ölürəm? Sən bilmə,sən duyma,hiss etmə deyə... Gündüzlər gəzirəm,gecə ölürəm...

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense