Qəbələdə növbəti ağacəkmə kampaniyası keçirilib. 

QəbələPress.info
title Qəbələ rayonunda növbəti ağacəkmə kampaniyası keçirilib.



Ekoloji balansın bərpası, ətraf mühitin qorunması və yeni yaşıllıqların salınması Qəbələ Suvarma Sisteləri İdarəsinin diqqətdə saxladığı ən mühüm məsələlərdəndir.

Noyabrın 12-də idarənin kollektivi tərəfindən Nohur gölü ərazisində növbəti ağacəkmə kampaniyası keçirilib. Ağacəkmə aksiyasına 100 nəfərdən artıq işçisi və idarənin maşın-mexanizmləri cəlb edilib.

Keçirilən tədbir zamanı ərazi kollardan təmizlənib, gölün
 mühafizə zolağındakı qurumuş ağaclar və kənar əşyalar yığışdırılaraq götürülüb.
Su hövzələrində ekoloji təmizliyin daha da yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkininin təşviqi məqsədilə keçirilən ağacəkmə kampaniyasında 300-dən çox gilas, alça və digər müxtəlif növ meyvə ağacları əkilib.

Qeyd edilməlidir ki, ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədilə təşkilat tərəfindən daim yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə kampaniyaları keçirilir.

Suvarma sistemləri idarəsinin işçiləri bu günə kimi rayonun müxtəlif yerlərində xeyli müxtəlif cinsli ağaclar əkmişlər və bu sosial aksiyanın bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense