"Səbail" komandası Qəbələdə 2 futbolçusunu itirdi

QəbələPress.info
title

"Səbail" komandası futbolçu itkiləri ilə ilə üzləşib.

QəbələPress.info-nun məlumatına görə, "dənizçilər"in bombardiri Ağabala Ramazanov və gənc yarımmüdafiəçi Əli Sadıxov "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XI tur matçında cəzalanıblar. Ramazanov növbəti sarı vərəqə alaraq cəzalı duruma düşüb. Sadıxov isə rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün qırmızı vərəqə alıb. Hər iki oyunçu XII turda "Sabah"la ev matçını buraxacaq.

Qeyd edək ki, hazırda Qəbələ şəhər stadionunda keçirilən matçda "Səbail" 0:2 hesabı ilə geridədir. Ağabala Ramazanov hələlik 3 qol vurub.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense