Qəbələ Müalicə Diaqnostika Mərkəzində “9 noyabr Bayraq Günü” ilə əlaqədar tədbir keçirildi 

QəbələPress.info
title Qəbələ Müalicə Diaqnostika Mərkəzində “9 noyabr Bayraq Günü” ilə əlaqədar tədbir keçirilmişdir.



QəbələPress.info
-nun məlumatına görə,Qəbələ Müalicə Diaqnostika Mərkəzində “9 noyabr Bayraq Günü”nə həsr olunmuş toplantı keçirmişdir.
Tədbirdə çıxış edən Mərkəzin baş həkimi Ceyhun Əhmədov bu günün əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-
də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Qeyd edilib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense