Moskvada Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarıldı - FOTO

QəbələPress.info
title

SSRİ Mərkəzi Komitəsinin Baş katibi Leonid İliç Brejnevin sürücülük vəsiqəsi və xəbərdarlıq talonu Moskvada hərraca çıxarılacaq.
Noyabrın 14-də keçiriləcək hərrac barədə “Litfond” öz saytında məlumat yayıb.
Qeyd edilib ki, sürücülük vəsiqəsinin ilkin qiyməti 1 350 000 - 1 500 000 rubl arasında olacaq.
Brejnevə məxsus sürücülük vəsiqəsi və xəbərdarlıq talonu 1976-cı ildə Brejnevə 70 illik yubileyi ərəfəsində SSRİ Daxili İşlər naziri Nikolay Şolokov tərəfindən zarafatyana hədiyyə edilib.  
Sözügedən sənəd 1991-ci ildə Moskvanın meri olmuş Qabriel Popov tərəfindən Brejnevin bağ evində tapılıb. 

Biz

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense