Azərbaycana mahnı həsr etməklə ilkə imza atdı

QəbələPress.info
title

Xəbər verdiyimiz kimi, bu günlər Rusiyanın Xalq artisti Filipp Kirkorov Bakı Konqres Mərkəzində solo konsert verib.

QəbələPress.info-nun “Qafqazinfo”-ya istinadən məlumatına görə, “Çvet nastroyeniya siniy” adlı musiqili gecə üçün xüsusi dekorasiya qurulub, yeni texniki avadanlıqlar və səhnə tərtibatı qurulub. Bunun üçün Moskvadan 7 TIR avadanlıq gətirilib.

Üç saatlıq tədbir Kirkorovun yaradıcılıq illərində lentə alınan fotolarının təqdimatı və rəqqasların maraqlı şousu ilə başlayıb. O, iki mahnısını remiks formasında təqdim etdikdən sonra tamaşaçıları Azərbaycan dilində salamlayıb. Bu da zalda əyləşənlərin alqışı ilə nəticələnib.

Kirkorov ard-arda yeni və köhnə hitlərini səsləndirməyə başlayıb. O, səhnədə 5-dən artıq geyimdən istifadə edib. Bundan əlavə, onu 10-a yaxın rəqqas müşayiət edib. Sözügedən rəqqaslər bütün mahnıların ssenarisina uyğun olaraq mini teatr göstəriblər. 52 yaşlı estrada ulduzu iki dəfə tamaşaçıların yanına gələrək onlarla foto çəkdirib, hədiyyələri qəbul edib.

Filipp daha sonra səhnəyə Xalq artisti Aygün Kazımovanı dəvət edib. Onlar uzun illər bundan əvvəl ifa etdikləri, daha sonra yeni aranjimanda təqdim etdikləri “Calma” duetini səsləndiriblər. Onların çıxışı zalda xüsusi coşqu yaradıb. Bundan sonra Aygün Kazımova Kirkorovla yeni duetindən söz açıb:

“Filippin bizim millətə olan sevgisindən bu addımı atdım. Düşünürəm ki, mən yanılmadım. Oxuyacağımız duet Filippin bu günkü və sabahkı konserti üçün hazırlanıb. Bu mahnını ilk dəfə siz eşidəcəksiz. Bəlkə də, bir çoxlarınız təəccüblənəcəksiz. Heç ağlınıza gəlməz ki, belə bir mövzuda Kirkorovla duet oxuyam! Mən Filippdən qaynaqlandım. Onun xalqımıza sevgisindən arxayın olmasaydım, bu duet alınmazdı”.

Onlar “Can Azərbaycan” adlı yeni duetlərini təqdim ediblər. Bununla da, tarixdə ilk dəfə əcnəbi müğənni Azərbaycana mahnı həsr edib. Layihənin təşəbbüskarı isə A. Kazımova olub.

Pop ulduz “Qafqazinfo”ya açıqlamasında sözügedən mahnının müəllifinin Alişer olduğunu bildirib. Qeyd edək ki, Alişer Xalq artisti Alla Puqaçovanın musiqi prodüseridir. 

Daha sonra Kirkorovun şousu davam edib.  








Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense