Zirədə məhsuldar heç-heçə, Qəbələdə əzmkar qələbə qeydə alınıb

QəbələPress.info
title

Azərbaycan Premyer Liqasında X tur başa çatıb.

 QəbələPress.info-nun məlumatına görə, turun son günündə 2 oyun keçirilib.

Bu matçlarda turnir cədvəlinin ikinci yarısında qərarlaşan komandalar münasibətlərini ayırd edib.

Günün ilk matçında “Zirə” “Sumqayıt”la görüşüb. Məhsuldar keçən oyunda 4 qol vurulub. Hərəyə 2 qol vuran komandalar 1 xalla kifayətləniblər.

Tura Qəbələdə yekun vurulub. Eyniadlı komanda “Sabah”ı sınağa çəkib. Meydan sahibləri ilk yarıda hesabı açsalar da, fasilədən sonra iki qol vuran bakılılar əzmkar qələbə qazanıblar. Bu 3 xal “Sabah”ın 6-cı pilləyə yüksəlməsi üçün kifayət edib.

Qeyd edək ki, turun ilk iki oyununda “Neftçi” “Qarabağ”la, “Səbail” “Keşlə” ilə qarşılaşıb. Hər iki matç qolsuz heç-heçə ilə nəticələnib.

Azərbaycan Premyer Liqası
X tur
3 noyabr (bazar)

“Zirə” – “Sumqayıt” – 2:2
Qollar: Mfo Kqasvane, 3, Riçard Qadze, 58 // Peyman Babayi, 30 (pen.), Əmir Ağayev, 81
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu, 15:00

“Qəbələ” – “Sabah” – 1:2
Qol: Davit Volkov, 44 // Cavid İmamverdiyev, 53, Hendrik Ekşteyn, 73
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Rəşad Əhmədov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Qəbələ şəhər stadionu, 17:00

1

Qarabağ

10

8

2

0

19-2

26

2

Neftçi

10

5

3

2

15-8

18

3

Keşlə

10

4

4

2

11-5

16

4

Səbail

10

3

2

5

8-14

11

5

Sumqayıt

10

3

2

5

11-15

11

6

Sabah

10

2

4

4

10-11

10

7

Zirə

10

2

4

4

10-16

10

8

Qəbələ

10

1

3

6

6-19

6

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense