Kənd təsərrüfatı işçiləri peşə bayramlarını qeyd ediblər. 

QəbələPress.info
title Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 9 oktyabr 2008-ci il tarixli fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Hər il olduğu kimi bu ildə rayonumuzun kənd təsərrüfatı işçiləri peşə bayramlarını təsərrüfat ilində əldə olunmuş uğurlar fonunda təntənə ilə qeyd ediblər. Noyabrın 1-də rayon icra hakimiyyətinin başçısının müavini Arif Allahverdiye
v, rayon dövlət aqrar inkişaf mərkəzinin kollektivi, fermerlərin, digər kənd təsərrüfatı subyektlərinin nümayəndələri ulu öndər Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gəlmiş, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirmişlər.

Aqrar inkişaf mərkəzində davam edən tədbirdə idarənin rəisi Rahib Əhmədov iştirakçıları peşə bayramları münasibətilə təbrik etmiş, son illər Qəbələ rayonunda kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətərdən danışmışdır.

Qeyd etmişdir ki, bu ilin 9 ayında kənd təsərrüfatı işçiləri sahələrdən 65 min tondan çox taxıl, 4692,8 ton kartof 3838 ton tərəvəz, 29 ton bostan bitkiləri əldə etmişlər. Bu rəqəmlər əvvəlki ildəkindən xeyli çoxdur. Rayon icra hakimiyyəti başçısının müavini  tədbir iştirakçılarını peşə bayramları münasibətilə təbrik etmiş, ölkə Prezidenti  tərəfindən qeyri-neft sektoru sahəsinə, o cümlədən kənd təsərrüfatına göstərilən diqqət və qayğıdan danışmışdır.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense