Moskvada Nəsiminin abidəsinin açılışı olub

QəbələPress.info
title

Rusiyanın paytaxtı Moskvada Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin abidəsinin açılışı olub.

 QəbələPress.info-nun apa-ya istinadən xəbərinə görə, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiya Mədəniyyət nazirinin müavini Pavel Stepanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, M.İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Mixail Şepel və hər iki ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Nəsiminin abidəsi M. İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda ucaldılıb.

Abidənin müəllifi heykəltəraş Aydın Zeynalovdur.

Qeyd edək ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, Azərbaycanda 2019-cu il “Nəsimi ili” elan edilib.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense