Çexiya  Türkiyəyə silah satışını dayandırdı 

QəbələPress.info
title

Çexiya bu gündən etibarən Türkiyəyə silah satışını dayandırmaq barədə qərar qəbul edib.

QəbələPress.info xəbər verir ki, bu barədə Çexiya Daxili İşlər naziri Yan Hamaçek "Tvitter" səhifəsində yazıb.

Hamaçek qərarın baş nazir Andrey Babiş və Sənaye və Ticarət naziri Karel Havliçeklə birgə keçirilən iclasdan sonra qəbul edildiyini bildirib:

“Çexiya Respublikası Türkiyəyə hərbi vasitələrin təmini ilə bağlı bütün ixrac lisenziya sənədlərini dərhal dayandırıb”.


Qeyd edək ki, bu gün Cexiya Xarici İşlər naziri Tomaş PetrşiçekTürkiyə səfirini XİN-ə çağıraraq Ankaranın Suriyada apardığı hərbi əməliyyatları ilə bağlı ölkəsinin narahatlığını bildirmişdi./modern.az/

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense