Qadının mədəsindən çıxan həkimləri şoka saldı

QəbələPress.info
title

Qarın ağrısı ilə həkimə müraciət edən qadının mədəsindən çıxanlar hər kəsi təəccübləndirib.

QəbələPress.info Medicina.az-a istinadən bildirir ki, İstanbulda 45 yaşlı qadın qarın və mədə nahiyəsindəki şiddətli ağrılar səbəbindən həkimə müraciət edib. Müalicə edildikdən sonra evə buraxılan qadının ağrıları yenidən başlayıb.

Bu dəfə təcili tibbi yardımla xəstəxanaya çatdırılan qadının müayinəsi zamanı onun qarın boşluğunun yad cisim aşkarlanıb.

Endoskopiya üsulu ilə dərhal əməliyyata alınan Nilufer adlı qadının mədəsindən 5 sm uzunluğunda mismar çıxarılıb. Əməliyyatdan sonra qadın bildirib ki, əvvəlcə qarnında ağrılar başlayıb. Daha sonra bədəninin müxtəlif yerləri şişməyə başlayıb, qarın ağrıları şiddətlənib. Müayinə zamanı qarnında mismar olduğu deyiləndə qadın təəccüblənib. O mismarı necə udduğunu xatırlamır.

Qadın mədəsindən mismar çıxarıldıqdan sonra normal həyatına davam etməyə başlayıb.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense