Qəbələdə səyyar görüş-qəbul keçirildi.

QəbələPress.info
title Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar görüş-qəbulu Qaradeyin kəndində keçirilib.

Rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatları rəhbərlərinin və kənd ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə başçı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonun sosial-iqtisadi inkişafı ilə bağlı dövlət tərəfindən görülən işlər barədə görüş i
ştirakçılarına ətraflı məlumat verib.

RİH-nin başçısı çıxışında əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təchiz olunduğunu, yol infrastrukturunun yenidən qurulduğunu və aqrar sahədə mühüm layihələrin həyata keçirildiyini deyib.

Qeyd olunub ki, son illər rayonumuzun hər yerində olduğu kimi Qaradeyində də müəyyən işlər görülüb. Ərazidə yeni artezian quyusu qazılıb, kənd tam orta məktəbi üçün əlavə olaraq 80 yerlik modul tipli məktəb binası tikilərək istifadəyə verilib. Xüsusilə kənd təsərrüfatı sahəsində görülən işlərin daha intensiv olduğu, ölkə başçısının müvafiq sərəncamları ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərdən söhbət açılıb və bütün bunların müsbət nəticələr verdiyi, əhalinin kənd təsərrüfatı işlərinə marağının daha da artdığı, eyni zamanda adamların məşğulluğuna geniş imkanlar yarandığı diqqətə çatdırılıb.

Görüşdə kənd sakinləri ölkə başçısı tərəfindən onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər. Çıxış edənlərdən Eynulla Rəhimov, Mübariz Mehdiyev, Şərafət Rəhimova, Ərziman Yusifov, Asim Mirzəyev və başqaları bir qrup aztəminatlı ailələlərin işlə təmin olunması, kənddə yeni artezian quyusunun qazılması, kənd yolunun asfaltının yenilənməsi və avtobus dayanacağının quraşdırılması barədə təkliflər irəli sürüblər.

Rayon icra hakimiyyətinin başçısı görüşdə səsləndirilmiş təkliflərlə bağlı aidiyyəti məsul şəxslərə konkret tapşırıqlar verib.



Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Sərfəli qiymət və keyfiyyət

Google adsense