BƏƏ-də 7 qadın parlamentə seçildi

QəbələPress.info
title
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilmiş seçkilərin ilkin nəticələrinə görə 7 qadın Federal Milli Şuranın - parlamentin deputatı olub.

RİA "Novosti" xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Komissiyası bildirib.
Qeyd edilir ki, bu, 2015-ci ilin seçkiləri ilə müqayisədə ciddi nəticədir. Həmin vaxt Ras-əl-Hayma əmirliyindən yalnız 1 qadın qanunverici orqanın üzvü olub.
Ölkə rəhbərinin qanunverici orqanda kişi və qadınların bərabər təmsilçiliyi ilə bağlı fərmanına uyğun olaraq daha 13 qadın parlamentə təyin ediləcək.

Seçkilərdə 20 deputat yeri uğrunda kəskin mübarizə gedib. Bu yerlərə 479 əmirlik üzvü iddialı olub. Onlardan 180-i qadınlardır.(Report)

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Sərfəli qiymət və keyfiyyət

Google adsense