Nurlu sifətini görə bilmədim,önünə əyilmişdi...
 

QəbələPress.info
title Beynəlxalq bankın rayon şöbəsindəyəm...Təqaüd kartımın müddəti bitib.Qapıdakı polisdən üçüncü
pəncərəyə növbə üçün qəbz alıb oturanlara qoşuluram.Pəncərənin qabağında ahıl yaşlarında bir nəfər
dayanıb.Ütülənməkdən par-par yanan şalvarındakı yan-yana salınmış qatları,köhnə dəbli qalstukunu,
yuyulmaqdan soluxmuş sallaq çiyinli pencəyini,ən çox da nurlu sifətini görən heç kim şübhə eləməz ki,
bu adamın ömrünün 50-55 ili hansısa bir kənd məktəbində əriyib.
Adam və oturanlar səbrlə gözləyir,pəncərənin arxasında oturan xoş görünümlü qız nəyləsə məşğuldur.
Bu vaxt içəri girməkdə olan orta yaşlarında adamı
polis saxlayır:
- Nə lazımdır ?
-Kartımın vaxtı bitib.
-Çörək puludur?
-Hə.
Polis aparatdan qəbzi çıxarıb uzadır:
-Üçüncü pəncərəyə yaxınlaş.
Adam pəncərəyə tərəf gedə-gedə deyinir:
-Çörək pulu adına tula payı verirlər.Onu da zülmlə...
Bir gün bankomatda pul olmur,bir gün xarab olur,bir gün kartın vaxtı bitir.Dedikləri odur ki,öl acından.
Bu vaxt telefonu zəng çalır .Zəng səsinə hamı,hətta dalandakı polislər də dönür.Bu adi zəng deyil,
Qarabağ şikəstəsidir.Adam telefonu qulağına tutur:
-Qapıda gözlə,pul alıb çıxıram.
Telefon zəng çalanda hamıdan bərk diksinən müəllim adamı səsləyir:
-Gəl,növbəmi sənə verirəm -astaca əlavə edir,-allahdüşmənimi çörəyə möhtac eləməsin.
Qız adamın kartını alıb ortadan bölüb atır...Yenisini verir:
-Xeyirli olsun.
-Xeyirsə,başına gəlsin -deyən adam dodağaltı nə isə danışa-danışa qapıdan çıxır,pilləkəndə gözləyən
qızın belinə sol qolunu dolayır, sağ cibindən bir zad çıxarıb basır.Pilləkənin dibində duran son model
maşının bütün işıqları yanıb-sönür,ardınca Qarabağ şikstəsinin ürəyi qazıyan səsi ətrafa yayılır.
Hamı bir-birinə,sözləşmiş kimi dönüb müəllimə baxır.Müəllim qalxır, üçüncü pəncərənin yanından
keçib qapıya yönəlir.Çiyinləri bir az da sallanıb,enli,köhnə dəbli qalstuku kəmərindən iki qarış öndə
yırğalanır,günəbaxan yağı ilə parıldadılmış ayaqqabılarını döşəmə boyu sürüyür.Bir ayağı qapının çö-
lündə zala dönür:
-Çörəyə möhtac olsa da Qarabağ şikəstəsini unutmayıb ki...
Hamı donub qalıb.Birinci yanımdakı cavan oğlan dillənir:
-Bu məlim bizi ələ saldı,görəsən?
Arxadan bir qadın səsi inildəyir:
-Onun iki oğlu vardı,ikisi də Qarabağda şəhid olub.
...Gecəni çox ağır yatdım,telefonun düt-dütlərinə də hay verə bilmədim. Cecdən-gec telefonu açdım.
Xəbər agentliyi bir şəkil paylaşmışdı,şərh vermişdi...
Yazını oxuya bilmədim,amma şəkli gördüm,ağacdan ipdən sallanan adamın yuyulmaqdan rəngi bi-
linməyən sallaq çiyinli pencəyini,enli,köhnə dəbli qalstukunu,qat-qat xətt salınmış ütülənməkdən
işıldayan şalvarını,günəbaxan yağı ilə parıldadılmış ayaqqabısını tanıdım.
Nurlu sifətini görə bilmədim,önünə əyilmişdi...

Adil Bəy.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense